Hackerlərin Yahoo-dan oğurladığı 1 milyard hesab 300.000-ə satılır

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Dünən Hackerlərin Yahoo-dan oğurladıqları 1 milyard hesab, Dark Web-də 300 min dollara satıldı

2000-ci illərdən bəri internet dünyasının krallarından sayılan Yahoo, dünən üzücü bir hadisə ilə üzləşib. Kim təxmin edə bilərdi ki, 17 il sonra belə hadisə baş verəcək ? Bildiyimiz kimi, hackerlər Yahoo-dan 1 milyarda yaxın hesab oğurlamışdılar. Bunu Yahoo özü də təsdiqləmişdi. NYT-nın verdiyi xəbərə görə, oğurlanmış 1 milyard hesab, avqust ayında Dark Web-də 300.000 dollara satışa çıxarılmışdı. İşin ən pis tərəfi isə, bunu alan şəxsə bütün verilənlər bazasını idarə etmək hüququ da veriləcəkdir. Yəni, loru dildə desək, bunu alan şəxs Yahoo-nun 3-cü illegal sahibi sayılacaqdır. Yahooya hücüm avropadan olunduğu düşünülsə də, hələ bunu təsdiqləyən heç bir sənəd  yoxdur. Yahoo şirkəti isə, mövcud olan vəziyyətlə barışıb və bütün istifadəçilərinə xəbər verib ki, sistemdə olan şifrə ilə eyni şifrəni başqa bir saytlarda, sistemlərdə istifadə etməsinlər. Əgər istifadə edirlərsə, dərhal dəyişsinlər. Bu hadisənin təhlükəli tərəfi isə, ABŞ-a aid olan 150.000 əsgərin hesablarıdır. Yəni, oğurlanmış 1 milyardlıq hesabların içində 150.000-i ABŞ-ın hərbi şəxsiyyətidir.

426 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor