3D Printer ilə binalar inşa edən Robot: Hadrian X

Like
Like Love Haha Wow Sad Angry
11
Dostlarınızla Paylaşın

Öz güclərini 3D printer sahəsində istifadə edən insanlar, indidə də bu printerləri inşaat bazarına daxil etmək istəyindədirlər. 3D çap texnologiyası, əslində bazarda olduqca yeni bir sahə kimi fəaliyyətdədir. Lakin, sistemin təməli o qədər möhkəmdir ki, hər keçən gün özünü inkişaf etdirir və bizi təəcübləndirməyi bacarır.  Buna görə də, biz hər dəfəsində yeni texnologiyalardan yeni addımlar görürük. Buna görə də xəbərimizdə bəhs edəcəyimiz Hadrian X adlı robot da, 3D printerlərdən ilham alınaraq inkişaf etdirilmiş, inşaat sektorunda inqilab xüsusiyyətində ola biləcək işlər bacarma potensialına malikdir. Əslində Hadrian, tam olaraq yeni inkişaf etdirilmiş bir robot deyil. Çünki bu robot haqqında təxminən 1 il əvvəl də xəbərlər eşitmişdik. Lakin, önəmli olan budur ki, bu 1 il ərzində Hadrian robotunu istər texniki, istərsə də intelekt cəhətdən çox inkişaf etdirilib.  Tək bir qola sahib olan Hadrian X, bu qol sayəsində standart ölçülərdə olan 1000 ədəd kərpici istənilən formaya görə 1 saaat ərzində düzə bilir. Qolunu ustacasına istifadə edərək, dəqiq hesablamalar aparır və nöqtələri əzbərləyib düzgün əməliyyat aparır.

 

 

279 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor