Daha Addımınızı Atar Atmaz Ürəyinizə Dəhşət Salacaq Dünyanın Ən Qorxunc 5 Muzeyi

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Muzeyi gəzmək hər zaman zövqlü və rahatlaşdırıcı olmaya bilər  dostlar.

1.Glore Psixiatriya Muzeyi

Elektroşok müalicəsi və lobotomi keçmişinin izlərini saxlayan bir muzeyi kim gəzmək istəməz ki! Böyük ehtimalla çox insan…Çünki bu muzeydə, tarixdə psixiatriya adına reallaşdırılmış qanlı əməliyyatlar, İnsanlıqdan uzaq müalicə üsulları və lobotomiler cansız manikenlərlə gözlər önünə sərilmiş. Əgər özünü qorxutmaqdan zövq alan tarixi sevənlərdənsizsə, əlbəttə ziyarət edilə bilərsiz, əks halda uzaq dayanmaqda fayda var…

2.New Haven Vantrilok Muzeyi

ABŞ-ın Kentucky əyalətində olan bu muzey, keçmişin gözdə şovmenlerinden olan vantrilokların istifadə etdiyi kukla və müxtəlif aksessuarların sərgiləndiyi bir məkandır. Muzey, ziyarətçilərin kürsülərə yerləşdirilmiş bu kuklaları səhnədən izləyə biləcəyi şəkildə dizayn edilmişdir. Əslində gördüyünüz kimi bu kuklalar çox sevimlidir. Məqsəd isə bu cür şeylərdən qorxmağa nə zaman başladıq, bunu izah etməyə çalışır yəqin hadisənin ucu Chucky adlı oyuncağın bizə uşaqkən yaşaddıqlarına söykənir…
 
3.Palermo Katakompları Muzeyi

Palermo Katakompları, əslində gerçəyin də özünü gözlər önünə sərən, sonradan muzeyə çevrilmiş bir məkan. Bu muzey köhnə bir Kapusen monastırının zirzəmisində var və Kapusen rahiblərinə və birliyin üzvü olan sıravi insanlara aid yüzlərlə cəsədə ev sahibliyi edir. Muzeyin divarları boyunca düzülən və  geyimlərlə sərgilənən bu cəsədlər, katakompa 16. əsrin sonlarından 1920-ci ilə qədər olan müddətdə yerləşdirilmişdir. Muzeyin sahib olduğu quru və soyuq hava sayəsində cəsədlər çox yaxşı şəkildə qorunmuşdur. Hətta elə ki, bəzilərinin yalnız yatmaqda olduğunu düşünə bilərsiniz.

4.London Zindanı Muzeyi

London Zindanı olduqca məşhur bir məkandır. Bu muzey olduqca qorxulu görünüşə sahibdir. Muzeydəki mankenlər insanları qorxutmaq adına xüsusilə dizayn edilmiş və muzeyin sərgilədiyi əsas hissələri orta əsrə aid qorxunc işgəncə alətləri yer almaqdadır. Yenə də siz “qorxmuram mən” deməyin  olar da Londona yolunuz düşsə və gedib görməyə qərar versəniz əvvəlində sakitləşdirici dərman alın…

5.Anatomiya Muzeyi

Honoré Fragonard, dəli olduğu üçün vəzifəsindən alınana qədər anatomiya professoru olaraq xidmət vermiş Fransız bir həkimdir. Vəzifədən alınmasından i20 il sonra, yəni 1794-ci ildə ölü bədənləri yığaraq kolleksiya meydana gətirən Fragonard, beləcə ən tanınmış həmdə işinə  başlamış oldu. Muzeydə şəxsən özünün yığdığı, dərilərini üzdüyü və mumyaladığı cəsədlər var və bu bədənlər müxtəlif heyvanlara, edam məhkumlarına və uşaqlara aiddir. Muzey Parisdə yerləşir və girmək üçün öncədən yer tutmaq lazımdır.

143 total views, 2 views today

Adil Ağayev

Adil Ağayev Bilinməyən Görüntülər layihəsinin idarəçilərindəndir.