Apollon Kosmik Gəmisi Haqqında Maraqlı Məlumatlar

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

1958-ci 29 iyul tarixində ABŞ Prezidenti Duayt Eyzenhauer adını özü verdiyi təşkilatın yaradılması üçün sərəncam imzalayır. 1 oktyabr tarixində isə NASA fəaliyyətə başlayır. NASA yaradıldığı bu müddət ərzində kosmosun öyrənilməsində bəşəriyyət üçün olduqca önəmli olan işlər görülmüşdür. Bunlardan biri də Ayın tədqiqi üçün yardılmış “Apollon” layihəsidir. Bu layihə çərçivəsində insan övladı ilk dəfə Ay səthinə ayaq basmışdır. “Apollon” haqqında maraqlı faktları təqdim edirik.
 
“Apollon” kosmik gəmisinin Ay modulu dünyada hələ ki, yeganə həqiqi kosmik gəmidir. O yalnız kosmik fəzada hərəkət etmək imkanına malik idi. Başqalarından fərqli olaraq nə Yerdən start götürə, nə də Yerə eniş edə bilirdi.
 
“Apallon” Ay modulunun astronavtlar oturduğu kabinin divarları alüminiumdan idi. Kosmosda onların möhkəmliyini kabinin hava ilə doldurulması təmin edirdi. Yerdə ixtiyarı astronavt ehtiyatsız hərəkəti ilə asanlıqla onun divarını dələ bilərdi.
 
“Apollon-11 ”in ekspedisiyası zamanı “Ay yarışı” öz zirvəsində idi. Armostonq, Oldrin və Kollunzin uçuşundan 3 gün əvvəl SSRİ-nin Baykonurdan Aya “Luna-15” avtomatik stansiyası qalxır. O 21 iyul 1969 cu ildə, “Qartal” ay modulunun enişindən bir neçə saat sonra enişə başlayır. Plana görə geri qayıdan aparat ay səthindən götürdüyü ilk suxur nümunələri ilə Yerə amerikalılardan tez çatmalı idi. Amma eniş zamanı “Luna-15” dağla toqquşaraq məhv olur.
 
“Qartal”ın enişi zamanı beş dəfə bort kompüterinin qəza siqnalizasiyası çalınır. Təcili qərar qəbul etmək lazım idi: ya enişi davam etmək, ya da saxlamaq. Həll edici söz Hyustondakı idareetmə mərkəzinin naviqasiya mütəxəssisi Stiv Beylsin olur. Nəticədə o da “Apollon-11”-in astronavtları kimi ən yüksək ”Azadlıq” mükafatına sahib olur. 
 
Ayın səthinə enmiş ikinci adam olan Edvin Oldrin deyir ki, Ayın səthində olan zaman o ancaq düşünürmüş ki, birdən modulun luku bağlanar. Çünki bayır tərəfdən lukun qulpu yox imiş.
 
Armstronq, Oldrin və Kollinz Yerə gəldikdən sonra ABŞ ərazisini tərk etmiş vətəndaşlar kimi gömrük deklarasiyası doldurmalı olurlar. Orda yazılmışdı: “Göndəriş yeri-AY. Qayıdış yeri – Havaya ştatı, Qonolulu şəhəri. Yük-ay suxurları”.
 
“Apollon-13” filmində qəsdən gərginlik artırılır ki, fəlakət janrında film daha baxımlı olsun. Əslində isə ay modulunun xilasedici qayıq kimi istifadə edilməsi ehtiyat plan idi. Bu əməliyyat məşqlər vaxtı dəfələrlə həyata keçirilmişdi. 
 
“Apollon-13” dəki qəzaya bir neçə saat qalmış NASA-nın mühəndislərindən biri əməliyyatın baş verməsindən bir neçə ay əvvəl çəkilmiş və süjeti ilə kosmosdakı real qəzaya bənzəyən hadisədən bəhs edən filmə baxmağa gedibmiş. Sonradan mühəndis xatırlayır ki, düzgün qərar qəbul etməkdə ona və iş yoldaşlarına bu filmin köməyi olubmuş.
 
 
“Apollon-15”in ekspedisiyası zamanı komandir Devid Skott 1609-cu ildə Qalileo Qalileyin Pizza qülləsində elədiyi əfsanəvi təcrübəni edir. Göyə buraxılmış geoloji çəkic və lələk ay səthinə eyni vaxtda çatır. Bu an astronavt qışqırır: “Mister Qaliley düz deyibmiş”.
 

57 total views, 1 views today

Adil Ağayev

Adil Ağayev Bilinməyən Görüntülər layihəsinin idarəçilərindəndir.