Bədənimiz haqqında doğru bildiyimiz 7 SƏHV

Like
Like Love Haha Wow Sad Angry
1
Dostlarınızla Paylaşın

Öyrənilən hər bilgi, sağlam bilgi deyildir. Brightside’ın hazırladığı ” məlumat zibilliyi ” şəkilləri isə sizə daha gözəl anlamaqda kömək olacaqdır

1 . Vitamin qəbul etmək, sağlam qalmağımıza kömək edir.

” Sadəcə bir həb ilə sağlığınızı qoruyun! ” formasında reklam sloqanları çox eşitmisiz. Əslində, vəziyyət başqacürdür. Vitaminlər sadəcə bədənimizin düzgün hərəkət etməsini təşkil edir. Normadan çox istifadə etmək, xeyirdən daha çox zərər verir. Nəticə etibarı ilə, vitamın istifadə edərkən diqqətli olun.

2 . Oksigeni alınmış qanın rəngi mavidir.

Damarlar vasitəsi ilə kabel pompalayan, oksigeni olmayan qan mavi yox, tünd qırmızıdır. Məktəb kitablarında oksigensiz qan ilə oksigenli qanın tərkibini və fərqini göstərmək üçün oksigensiz qanın rəngi mavi olaraq çəkilib. Bədəninizə baxdığınız zaman damarları mavi rəngdə görə bilərsiniz. Bir sadəcə işığın yansıması və qırılması ilə əlaqəli optik bir vəziyyətdir.

3 . Qəhvəyi rəngdə olan qənd, ağ rəngdə olan qənddən daha faydalıdır.

Əslində ağ qənd ilə qəhvəyi qənd arasında heç bir fərq yoxdur. Sadəcə, qəhvəyi rəngdə olan qəndi hazırlayarkən, onun rənginin qəhvəyi olması üçün doşabdan istifadə olunur.

4 . Spirtli içki beyin hüceyrələrini öldürür.

Spirtli içki böyük miqdarda olduğu zaman, bədənin metabolik hissələrinə təsir edir və oksigen düşüklüyünə səbəb olur. Bu vəziyyətdə isə beynin hüceyrələri arasında bağlantılara zərər dəyir. Lakin, heç bir beyin hüceyrəsi ölmür, heç bir zərəri yoxdur.

5. Şirniyyat məhsulları uşaqları hiperaktiv edir.

Şirniyyat məhsullarının uşaqları hiperaktiv etməsi – bu sadəcə əfsanədir. Şirniyyat kalori deməkdir. Kalori isə, ” atmosfer qatında 1 qram suyun istiliyini, 1 santigrad dərəcə artırmaq üçün lazım olan enerjidir.” Yəni, burada bəhs olunan enerji ilə, uşağın normadan çox enerjili olması üçün bir bir tutarlı səbəb yoxdur. Şirniyyat yemək sadəcə dişlərə zərər verə bilir.

6. Bir insanın 8 saatlıq yuxuya ehtiyacı var.

Hər kəs bilir ki, normal bir insanın yatma saatı 8 saatdır. Lakin, bu təxmini bir rəqəmdir. Lazım olan yuxu saatı insandan insana dəyişir. Yuxu saatının çox yada az olması insanların hər birinə bir başqa cür təsir edir. Bəzi insanlar 9 saat yatsalar belə özlərini yorğun hiss etdikləri zaman, bəziləri də 5 saat yatıb, özlərini çox gümrah hiss edirlər. Nəticə olaraq, hər insan özünə lazım olacaq qədər yatmalıdır.

7. Sinir hüceyrələri yenidən doğulmur.

Sinir hüceyrələrinin təzədən doğulmaması real söhbət deyil. Sinir hüceyrələri ölə bilər. Bu çox normal haldır. Yeni hüceyrələr isə beynin fərqli bölgələrində yaranır.

 

1,132 total views, 2 views today

Cavadov Asiman

Baş Redaktor