Şeytanın Bibliyası nədir? kim tərəfindən yazılıb?

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

“Şeytanın Bibliyası” adlanan bu kitab dünyanın ən sirli kitablarından sayılır. Hələ də izah olunmur ki, belə nəhəng kitabı bir gecədə necə yazmaq olar. Düzdür, onun bir gecədə yazılması bu günümüzə qədər əfsanə formasında gəlib çatsa da, hər halda təəccüb və heyrətlər azalmır ki, azalmır.

Tədqiqatçıların araşdırmalarına görə, bu kitab 12-13-cü əsrlərdə hansısa rahib tərəfindən yazılıb. Rahib günahsız olmasını sübuta yetirmək üçün bir gecədə dünyada hələ də görünməyən bu kitabı yazıb.

Kilsə rəhbərliyi ona deyib ki, “əgər sən bir gecədə nəhəng kitab yaza bilsən, həm günahını yuyacaq, həm də cəzadan azad ediləcəksən”. Əfsanəyə görə rahib gecənin ortasında anlayır ki, belə böyük kitabı yazmaq mümkün deyil. Və kömək üçün şeytana müraciət edir. Gecənin qaranlığında şeytan onun yanına gəlir.
Rahib ondan xahiş edir, yalvarıb-yaxarır. Şeytan ona öz şərtlərini irəli sürür. Həmin vaxtdan etibarən həmin kitaba “Şeytanın Bibliyası” adı verilir.

Çexiyanın Milli Kitabxanasının mütəxəssisi Zdenek Uxlirin apardığı tədqiqata əsasən bu kitab Praqadan 100 kilometr aralıda yerləşən Benedikt kilsələrindən birinin rahibi tərəfindən yazılıb. Qeyd edək ki, həmin illərdə kitablar məhz kilsələrdə yazılardı. Kilsə həm də elm mərkəzləri rolunu  oynayarmış. Beləliklə, tədqiqatçı Zdenek Uxlir bildirir ki, sözügedən kitab 13-cü əsrdə yazılıb. Onun sözlərinə görə rahib bu kitabı 10-12 il ərzində qələmə alıb. Kitab əvvəlcə 640 səhifədən ibarət olub, sonradan səhifələr itdiyindən 624-i qalıb.

Kitabda İsidor Sevilskinin “Etimologiya”sı, İosif Flaviyanın “İuda müharibələri” yazıları əsas yer tutur. Kitabın 290-cı səhifəsində isə xristianlara aid dini söhbətlərdə şeytanın rəsmi çəkilib.

Bu kitab Çexiyanın Podlajitse kilsəsində yazılıb. Bu barədə təqdiqiqatçılar  qəti əmindirlər. Amma xalq arasında yayılan əfsanədə həmin gecədə baş verən hadisə belə nəql edilir: kilsədə bir rahib hansısa əməlinə görə  günahkar bilinir. O, Müqəddəs Ataya deyir ki, kilsənin şöhrətini eldən- elə yaymaq üçün bir gecədə nəhəng kitab yaza bilər. Bununla həm də günahsızlığını sübut edər. Gecə yarısı bu işin öhdəsindən gələ bilməyəcəyini anlayıb şeytanı köməyə çağırır.

Şeytan onun yanında peyda olur və öz şərtlərini irəli sürür. Qəlbini ona verməli, səhifələrin birində rəsmini çəkməli, üstəlik vəsf etməlidir. Bundan sonra nə baş verməsi barədə əfsanədə heç nə deyilmir. Qeyd edək ki, 13-cü əsrin birinci yarısından etibarən inkvizisiya proqramı işə düşmüşdü. O illərdə kilsələrdə yazılan belə kitablar əksər hallarda yandırılarmış. Amma maraqlıdır ki, “Şeytanın Bibliyası” müxtəlif kilsələrin kitabxanalarında qorunaraq bu günümüzə qədər gəlib çatıb. 1594-ci ildə o Macarıstan kralı 2-ci Rudolfun kolleksiyasında yer alırmış. 17-ci əsrdə isveçlər tərəfindən ələ keçirilərək Stokholma aparılıb. Sonralar Berlin və Nyu-Yorkda təşkil edilən sərgilərdə nümayiş olunub. Kitab xalq arasında “Şeytanın Bibliyası” adlandırılsa da, tədqiqatçılar və ruhanilər onu “Kodeks Giqas” (Codex Gigas) kimi qəbul edirlər. Bu, latından tərcümədə “Nəhəng kitab” deməkdir. Çexiyanın kilsələrindən birində saxlanılan kitab hazırda ölkənin “Klementinium” qalereyasında – şüşə örtük altında saxlanılır. Kitab doğrudan da nəhəngliyi ilə seçilir

233 total views, 1 views today

Adil Ağayev

Adil Ağayev Bilinməyən Görüntülər layihəsinin idarəçilərindəndir.