Bill Gates haqqın bilmədiyiniz 15 ƏN MARAQLI fakt

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Gates – biz hamımız onu yaxşı tanıyırıq. Microsoftun yaradıcısı və dünyanın ən varlı insanlarından biri. Təbii ki, bu tipli insanların mütləq fərqli cəhətləri vardır. Buyurun, sizə Bill Gates haqqında bir birindən maraqlı 17 fakt təqdim edirik.


1.Lakeside Prep School’da ilk dəfə General Electric markalı bir kompüterə program yazdı. Bu, bildiyimiz tic-tac-toe oyunu idi.

2. Məktəbdə olarkən Gates’in müəllimləri onu kəşf etdi. Müəllimlər ona bir tapşırıq vermişdilər ki, siniflərdə olan tələbələrin siyahısı düzəldən bir proqram hazırlasın. Bu səbəblə də, ona kompüterdən istifadə icazəsi var idi. Bundan istifadə edən Gates, öz olduğu sinifə daha çox qız adı əlavə etmişdi.

3. Bill Gates, məktəbin son illərində ” World Book Encyclopedia ” ensiklapediyasının bütün cildlərini sona qədər oxumuşdu.

4. Amerikanın universitet imtahanı olan SAT-dan 1590 bal toplamışdı. Maksimum bal 1600 idi.

5. Bir çox biznesmen kimi, Gates də oxuduğu universiteti atıb, özünü tamamilə Microsofta həsr etdi.

6. Universiteti atdıqdan 2 il sonra polis tərəfindən tutuldu. Səbəb: yüksək sürətlə maşın idarə etməsi və sürücülük vəsiqəsinin olmaması idi. Az məbləğdə olan pul ilə özünü xilas etməyi bacardı.

7. Bill Gates, microsoft şirkətinin sürətlə böyüdüyü dövrlərdə, bütün işçilərin adlarını, soyadlarını, işçi nömrələrini əzbərə bilirdi.

8. 1997-ci ildən bəri, Bill Gates öz şəxsi təyyarəsi və şəxsi pilotu ilə istədiyi yerə, istədiyi iş görüşünə qısa müddətdə gedib çıxa bilir.

9. Gates təkcə pulunu maşın və təyyarələrə xərcləmir. O, həmçinin Codex Leicester adlı Leonardo da Vincinin əl yazmaları olan kolleksiyanı 1994-cü ildə 30.8 milyon dollara aldı.

10. Böyük sərvəti olsa da, o sərvətdən sadəcə 10 milyonu öz uşaqlarına qalacağını qeyd edib. 81 milyard dollarlıq bir sərvətdən qalan bu 10 milyon çox az rəqəm kimi görünür.

11. Bill Gates, günün çox saatını, öz qurduğu xeyriyyə təşkilatında keçirdir. Microsoftda isə, asistenti sayəsində işləri aparır.

12. Gates deyir ki, əgər Microsoftda işləməsəydim, süni intelekti araşdırardım.

13. Bill Gatesin ən sevdiyi musiqi qrupu ” Weezer “-dir. Arada ” U2″-yə də qulaq asır.

14.  Gates, hər il ən azı 50 kitab oxuyur.

15. Gates deyir ki, ” mən hər hansısa  bir xarici dil bilmirəm. Bu mənim ən böyük peşmançılığımdır”.

 

547 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor