Deep Web nədir?

Like
Like Love Haha Wow Sad Angry
1
Dostlarınızla Paylaşın

Deep Web nədir?Yəqin bu sualı özünüzə çox vermisiniz. Bəli, elə biz də bu sualları nəzərə alaraq bu məqaləni hazırlamaq fikrinə gəldik! Biz googleyə daxil olub axtarış edirik və əlimizin hər şeyə çatdığını fikirləşirik. İnternetdən ödənişlər, video çat, mesajlaşma və fayl göndərmək. Bəli, bunlar çox gözəl və inkişaf etmiş terminlərdir. Lakin, biz sadəcə internetin 6%ni istifadə edirik. Geri qalan 94% Deep Webin payına düşür. Deep Web-ə Google, Yahoo, Yandex və Bing kimi axtarış sistemlərindən girmək mümkün deyil. Çünki, Deep Web-də olan bütün saytlar, heç bir axtarış sistemi tərəfindən indekslənmir! İndekslənməməsinin səbəbi isə, cinayət yönümlü, pornoqrafik və güvənsiz olmasıdır. Bir okean düşünün, içində balaca bir aysberq parçası. Onun az hissəsi suyun üzündə görünür, böyük hissəsi isə suyun içindədir və biz onu görmürük. Deep Webdə elə buzun görünməyən tərəfidir. Daha əvvəl qeyd etdiyimiz kimi, social şəbəklələr, video portallar, xəbər saytları, film saytları, axtarış sistemləri və ağlınıza gələn hər bir şey – bunlar yalnız internetin 4%-ni tutur. 96%-i isə qaranlıq tərəfdədir.

– Deep Web-ə necə girmək olar ? – İnternet dünyasının qaranlıq tuneli olan Deep Web-ə necə girmək olar ? Bunun üçün sizə xüsusi brovzer lazımdır. Çünki, Google, Mozilla, Safari kimi brovzerlər burada iş görmür. Bu xüsusi brovzerin adı isə Tor Browserdir. Brovzeri kompyüterə yüklədiyinizdən sonra, artıq Deep Webə giriş edə bilərsiniz. Brovzeri qurduqdan sonra, Google kimi girib axtarış etmək kimi bir şansımız yoxdur. Tor artıq bizi zülmət tərəfinə çəkir. İP adresimizi Braziliyadakı digər Tor istifadəçisi ilə dəyişdirir. Tor ilə bəzi məhşur qaranlıq saytlara daxil ola biləcəksiniz. Amma bunun da bir limiti var. Çünki, burada saytların sonu .com – .org – .az kimi domen sonluqları ilə bitmir. Burada olan saytların sonu .union ilə bitir, adları ilə uzun və anlayışmayan sözlərdən ibarət olur. Bu saytlara çatmaq üçün, sizə list verən bir sayta daxil olmalısınız. Standart domenlər, standar url adreslər əvəzində isdfdfkidfhds.union tipli saytlar görə bilərsiniz. – Deep Webin Wikipediası – Yalnız yönləndirmə ilə daxil olduğunuz saytlara çatmaq üçün, Deep Webin görünən qapısı olan Hidden Wikiyə giriş edə bilərsiniz. Bu qaranlıq dünyanın marağına düşüb, Deep Webə girənlərin qarşılaşdığı ilk nöqtə Hidden Wikidir! Lakin, burada yalnız ingilis dilində məlumatlar çoxluq təşkil edir.

– Deep Webə girmək cinayət sayılır ? –  Xeyr, bu yalnış fikirdir. Nə tor işlətmək, nədə Deep Webə girmək cinayət sayılmır. Deep Webə giriş etmək Legaldır, bəli Legal! Lakin, qaranlıq dünyanın 95%-I illegaldır, bunu unutmamaq lazımdır. Əgər normal bir səyahət edəcəksinizsə, heç bir problem yoxdur. Yox, əgər fikrinizdə silah satışı, narkotik satışı və insan alveridirsə, bu zaman Legallıqdan əsər-əlamət qalmır.

– Deep Webin dərinliklərində məni nə gözləyir? – Bir məlumat okeanı düşünün, və siz bu okeanda balaca qayıqda olan balıqçısız. Okeanın dərinliklərində isə köpək balığı, yırtıcı balıqlar vardır. Dayaz yerlərdə su aydın görünür, lakin dərinə endikdə aydın görünən su bulanmağa başlayır. Bəzi insanlar Deep Webi belə şərh edir “ heç kəsin əli çatmadığı, lakin çox gizli sənədlər olan bir dünyadır” Deep Web. Lakin, bu belə deyil. İndi isə gəlin analiz edək, okeanın dərinliklərində üzən köpək balığı, yırtıcı balıqlar kimlərdir ? Bu dərinliyin 2-ci adı Dark Net olaraq adlandırılır. Bura digital ekosistem hackerlərinin, qaçaq elm adamlarının, narkotik maddə satıcılarının, qatillərin, fizikaçıların, palitik aktivistlərin, hökümətin, polisin, terroristin, manyakların, məlumat bazası satıcılarının, qaçaqçıların və buna oxşar digər şəxslərin doğma evidir! Burada hər kəs alıcı və satıcıdır. Lakin, alıcı formasında ortada gəzən agentlərin də olduğu qaçılılmazdır. Qısaca olaraq, Deep Web-də nə var?

– Narkotik vasitələrin satışı

– Silah satışı – Sürsat satışı

– İyrənc video materiallar

– Şiddət dolu video materiallar

– Saxta diplomlar

– Saxta şəxsiyyət vəsiqələri

– Oğurlanmış bank kartları

– Uşaq təcavüzləri ( pedofiliya )

– Cinayət hadisələrin sübut üçün sənədləri

– Ölülərə təcavüzlər ( nekrofiliya )

– Məhşur şəxslərin gizli görüntüləri

– İşgəncə materialları ( foto / video / audio )

– Kiralıq qatillər

 

 

921 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor