Dünyanın tərk edilmiş 6 maraqlı yeri

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

 

1 – Bodi – Kaliforniya
1876 -ci ildə qurulan bodi qəsəbəsi, hal hazırda turistlər tərəfindən tez-tez ziyarət edilən bir qarabasma qəsəbədir . İlk illərdə insanlar mədənçiliklə  dolanışıqlarını təmin edirdilər 1880 -ci ilə gəldikdə isə əhalisi 10.000 ə yaxın imiş  . 1900 cü illərdə  isə köç başlamış və əhali olduqca azalmışdı. 1932 -ci ildə çıxan böyük yanğından sonra isə, tamamilə tərk edilmişdir. 1962 -ci ildə bodi Qəsəbəsi tarix Parkı adını almış və o şəkildə xatırlanmağa davam etmişdi. İlin hər günü açıq olan məkanda , qışda yollar bağlandığı üçün oraya getmək xeyli çətin olur və bu qonaqlar üçün dahada qorxulu olur.

2 – SAN ZHİ – TAYVAN

Tayvanın şimalında olan San Zhi , Futuristik yanaşması ilə diqqət çəkən kiçik bir yaşayış yeridir . Yüksək gəlirli seqment üçün  tətil kəndi olaraq inşa edilən San Zhi , inşaat əsnasında maraqlı bir şəkildə meydana gələn ölümcül qəzalar nəticəsində sona qədər tikiliə bilməmiş  və layihənin dayanmasına səbəb olmuşdur. İnşaat qəzasında ölən işçilərin ruhlarının San Zhi’de gəzdiyi da söz-söhbətlər arasındadır. Bölgəni tenderə çıxaran dövlət və qəzaların məsulu tikinti şirkəti , hadisəni ört-basdır edib təmizə çıxmağı bacarmışdı. Lakin keçən zaman içində dəyəri düşən əraziyə yeni alıcı tapıla bilmədiyi üçün də yeni bir layihə irəli sürə bilmədilər və bu qorxulu məkana bir daha gedən olmamışdır.

3 – GUNKANJİMA – YAPONİYA

1890-ci ildə Mitsubishi firmasının prezidenti buranı alıb və dəniz dibindən kömür çıxartmağa başlaması ilə , Gunkanjima’ya olan marağın getdikcə artması və 1916-ci ildə Yaponiyanın ilk böyük beton binasının burada inşa edilməsiylə nəticələndi. Tikinti, adadakı mədən işçilərinin yaşaması və eyni zamanda tayfunlardan qorunması üçün inkişaf etdirilən iki mənzil blokundan ibarət idi. 1959-ci ildə əhali, adanın hərbir yerində hər hektara 835 nəfər; məskunlaşmanın yüksək olduğu hissəsində isə hər hektara 1.391 adam düşəcək şəkildə artdı. Dünyada qeydə alınmış ən yüksək əhali sıxlığı nisbətlərindən birinə səhnə olan Gunkanjima’daki kömür mədənlərinin əhəmiyyəti, bütün dünyada olduğu kimi Yaponiyada da neftin 1960-cı illərdə kömürün yerini alması ilə azalmağa başladı. 1974-ci ildə firmanın mədənləri bağlayacağını şərhindən sonra isə tamamilə tərk edilən adada bu gün kimsə yaşamır. Müvəqqəti olaraq səyahətin də qadağan edildiyi Gunkanjima’da 2003-ci ildə “Battle Royale II: Requiem” filmi çəkilmiş və ada, Asiyada olduqca məşhur olan video oyunu “Killer 7” nin son səviyyəsinə ilham qaynağı olmuşdur.
 

4 – BALESTRİNO – İTALİYA
   

Balestrino qəsəbəsinin tam olaraq quruluş tarixi bilinməməkdədir lakin 11.ci yüz illikdə  qurulduğu təxmin edilməkdədir . Qəsəbənin olduğu təpənin zirvəsində Marquis qalası , ən aşağıda isə Sant’Andrea Kilsəsi vardır. Bilinən ən köhnə əhali qeydi 1860 -ci ilə aiddir və 800-850 adam civarında olmuşdu. Ümumiyyətlə cütçülərin yaşadığı bölgə, zeytun ağacları ilə əhatə olunub. 19.cu yüz ilin sonlarına doğru , İtalyanın şimal-qərb sahilində bir neçə zəlzələ meydana gəldi. Xüsusilə 1887 -ci ildəki 6.7  bal şiddətindəki zəlzələ bir çox qəsəbəni yerlə bir etdi . Balestrino qəsəbəsinin zəlzələdən təsirləndiyini dair heç bir dəlil olmasa da , zəlzələ bölgəsi olduğu səbəbiylə 1953 -ci ildə bölgə tamamilə boşaldıldı.
 
5 – CENTRALIA – Pennsylvania

Davamlı sis və duman altındakı bu yer ” Silent Hill ” filmindəki qəsəbəyə bənzərliyi ilə diqqət çəkir. 1960-cı illərdə 5000 adamın yaşadığı bu yerdə bir kinoteatr , üç məktəb , bir toy restoranı, bir poçt və yeddi kilsə vardı . Hal-hazırda yalnız 4 adam burada yaşamağa davam edir . Çoxu tərk edilmiş binalardır, insanlar və ya təbiət tərəfindən yox edilmiş tikililərlə doludur . Qəsəbənin bəzi yerləri ilk baxışda içindən asfalt yollar keçən bir taxıl sahəsinə  bənzəyir və geridə qalan tək kilsə isə hər bazar ayinlərinə davam edir . Bütün bunların səbəbi isə 1960-cı illərin başında başlayan və hələ də daha sürməkdə olan bir mədən Yanğının olmasıdı . Alovların qəsəbənin altında  250 il  daha yanmağa davam edəcəyi təxmin edilir . Faydalı qazıntıların dərinliklərindəki yanğın hələ yanmağa və şəhərə doğru irəliləməyə davam edir .
 
  6 – CRACO – İTALYA

Craco , İtalyanın Basilicata Bölgəsində iştirak edən təsir edici bir Orta əsr şəhəridir . Taranto Körfəzindən 40 km uzaqlıqdakı şəhər , olduqca dik bir zirvə üzərində inşa edilib və ətrafındakı münbit torpağa sahib enişli-yoxuşlu vadilər arasında ziddlik meydana gətirən sərt xəttləriylə diqqət çəkir. Müdafiə məqsədiylə inşa edilən şəhərdə , 1060 -ci ildə bütün ərazilərin Tricarico  Arnaldo’ya aidmiş və bu səbəbdən şəhər sakinləri də kilsə ilə uzun zaman boyunca yaxın əlaqələr içində yaşamışlar . 1891 -ci ildə 2000nəfərdən daha artıq  olan Craco’nun əhalisi ; quraqlıq , zəlzələ  və döyüşlər səbəbiylə olduqca azalmışdı. Bölgənin son yerlilərinin də 1963-cü ildə köç etməsi nəticəsində şəhər bu gün çürüməyə tərk edilmiş vəziyyətdədir .

68 total views, 1 views today

Adil Ağayev

Adil Ağayev Bilinməyən Görüntülər layihəsinin idarəçilərindəndir.