Gələcəkdən Gələn Adam

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Birjada 800 dollarlıq bir sərmayəni 350 milyon dollara çıxaran investor, İnsider Trading ittihamı ilə qarşılaşınca “mən əslində 2256’dan gələn zaman səyahətçisiyəm” dedi. Bütün Amerika şok içində idi. Zamanda səyahət etdiyini iddia edən şəxs birjanı qarışdırdı…Federal təhlükəsizlik işçiləri, içəridən məlumat sızdırılmasına görə bir Wall Street birjaçısını həbs edib, sorğulamağa başladılar.Həbs olunan birja dahisi, 2256-cı ildən gəldiyini deyidi. SEC mənbələrinə görə, 44 yaşında olan Andrew Carlssin – 28 yanvarda tutulma səbəbinin zaman səyahəti olduğunu açıqlayır.
SEC işçisi bu hadisəni belə şərh edirdi :” Bu insanın yalanlarına inanmırıq, ya dəlidir, yada pataloji bir yalan danışır”. Lakin, belə bir sübüt var əlimizdə. Bu insan 800 dollarlıq bir sərmayə ilə başlayıb, tam 2 həftəyə 350 milyona qədər qaldırıb. Birja üzərindən etdiyi bütün alış və satışlar inanılmaz nöqtədədir. Bunun təsadüf olması biraz qəribədir. Bunun tək bir yolu var, bu prosesslərin getdiyi mənbələrdən məlumat sızdırılması. Lakin, buda qanundan kənar bir şeydir. Bizə həqiqəti deyənə qədər, onu Rikers Adasındakı həbsxanada saxlayacayıq. Keçən ilki birja dalğalanması bir çox sərmayəçi insanları pulsuz qoymuşdu. Həmin ərəfələrdə Carlssin 126dan çox riskli sərmayə qoyaraq böyük qazanclar əldə etmişdi. Carlssin 200 il gələcəkdən gəldiyini deyirdi və məlumdur ki, onun gəldiyi illərdə, hal-hazırdkı birja statistikaları tam dəqiqliyinə qədər qeyd olunmuşdu. Carlssina görə: “ Bu fürsətə yox demək çox çətin idi. Əslində hər şeyin adi və təbii görünməsini istəyirdim. Lakin, işin üstü açıldı və mən tutuldum”.

Onun üstünə çox getdikdə, Usame Bin Ladinin aqibəti və AIDSin çarəsi kimi tarixi reallıqları da açıqlayacağını dedi. Tək şərti isə, bütün bunları dedikdən sonra zaman maşınına oturub gəldiyi yerə getməsi idi. Lakin, Carsssin zaman maşının yerini demədiyi kimi,onun necə çalışdığınıda heç cürə demirdi. Səbəb olaraq isə “bu texnologiya pis məqsədli insanların əlinə keçə bilər” deyirdi.

Bütün hər kəs bu insanın dediklərinin yalan olduğunu düşünürdü Lakin, SEC-də işləyən gizli təşkilat üzvə bütün arxivə baxdı və Andrew Carlssin adında kimsə olduğunu tapa bilmədi

 

159 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor