Güzgülər

Like
Like Love Haha Wow Sad Angry
1
Dostlarınızla Paylaşın

Güzgülərin sirri. Sizcə, həyatımızda mühim yer alan güzgülər həqiqətən də düşündüyünz qədər sadədir ?Sadəcə bizi əksmi etdirir ?.Bütün dinlərdə və inanclarda güzgülərin özünə məxsus bir açıqlaması vardır. Güzgülərdən qorxan insanlar, ömür boyu güzgüyə baxmadan, ordakı əksi ilə üzləşmədən yaşamağa məhkumdurlar. Yaxşı, bəs insanlar niyə güzgülərdən qorxur ? Güzgülər bizi sadəcə yansımaya görəmi yoxsa içində digər paralel dünyalardan olan məxluqlara görəmi qorxudur?Güzgülərdə gördüyümüz əksimiz, bizim cildimizə girən başqa bir şəxsin əksi ola bilərmi? Günlük həyatımızda böyük yer almış güzgülər haqqında bir çox iddialar vardır. Güzgülərin başqa paralel dünyalara bir qapı olduğu fərz edilir. Məsələn bir keçid kimi düşünə bilərik. İnsanların bədənləri ilə keçə bilmədiyi, sadəcə ruhani bir dünyada çata biləcəkləri bir paralel dünya. Bu qədər sadə görünən güzgülər haqqında bir çox lənət və əfsanə vardır. Güzgülər adətən sadə və rahat görünsə də, altında həqiqətən böyük sirlər yatır. Cinlərə və ruhlara çox inanan insanlar heç vaxt evdə güzgü saxlamırlar. Kənd yerlərində isə bəzi ailələr ruh və cinlərə normadan çox inandığı üçün, axşamlar güzgülərin üstünü örtürdülər və yaxud onu görünmyən bir yerə qoyurdular. İnsanlar bu dövrlərdə güzgülərdən qorxurdular və gecə güzgüyə baxmaq olmaz deyə düşünürdülər. Qırılmış bir güzgü vardısa əgər, dərhal yandırılıb basdırılırdı. Hətta bəzi inanclara görə, əgər bir insan güzgüyə baxarsan güzgü sınırdısa, bu hadisə o insanın ölümünə səbəb olurdu. Güzgülər biz uşaq olan zaman ən çox diqqətimizi çəkən bir əşya idi. Lakin, biz uşaq olan zaman güzgüdə gördüyümüz əksimiz heç vaxt tək olmur. Axı, körpə olan zaman insanın bəsirət gözü açıq olur və körpə güzgüyə baxdıqda orada özü ilə bərabər bir neçə səmavi varlıqları görür, ətrafında gəzirlər. Yəni, otaqda insanlardan başqa da canlılar mövcud olur və körpələr onları görür. Amma unutmayaq ki, insan gözü bir nöqtəyə fokslananda, ətrafda olan digər incəlikləri gözdən qaçırdırıq. Yəni, güzgüyə baxdığımız zaman göz fokslanması baş verir və ətrafımızda ən inci detalları belə hərəkət etsələr də, görmürük. Bizim əsas olaraq güzgülərdən qorxma səbəbimiz orada bizdən başqa bir canlıların da görünməsi deyil və yaxud paralel dünyalara keçid qapısı deyildir. Əsl səbəb, güzgüdəki əksimizin bizdən xəbərsiz hərəkət etməsidir. Yəni, bu düşüncədir bizi qorxuya salan. Amma, bu qorxu şüuraltı olduğu üçün, biz qorxduğumuzu anlamırıq. Bu düşüncələr isə qorxu filmlərindən, güzgülərin qarşısında normadan çox dayanmaqdan və güzgülərin qaranlıq tərəflərinin araşdırmaqdan qaynaqlanır. Qədim zamanlarda insanlar güzgülərdən qorxub-çəkinirdilər. Gecə güzgüyə baxmaq isə mümkün deyildi. Güzgünü, evin çox da ayaq dəyməyən yerlərinə qoyurdular. Gecə güzgüyə çox baxdıqda orada ruhları, cinləri və paralel dünyalara açılan qapıları görəcəklərini düşünürdülər. Bir evin cadu və tilsimlərdən qorunması üçün, ən əlverişli üsul – güzgüləri qırmaq və yandırmaq idi. Güzgülər, cadu aləminə bir qapı olduğu düşünülürdü. Əlavə olaraq gecə güzgüyə baxan insanın dəli olmağı və ruh görməyi iddia edilirdi. Gecə güzgüyə baxaq uğursuzluq gətirirdi və uzun müddət güzgüyə baxan insanların güzgünün tilsimindən təsirlənərək paralel dünyaya keçid edə biləcəyi düşünülürdü. Güzgülərin qaranlıq tərəfini kəşf etmək istəyənlər üçün sadə bir praktik üsul. Gecə saat 12-dən sonra otağınızda tək və səssiz güzgünün qarşısına keçin. Otaq qaranlıq olmalıdır. Əlinizə bir fənər alın və hər ehtimala qarşı lampa işığına yaxın oturun. Oturduğunuz yerdə güzgüyə baxın. Özünüzü dəqiq görməsəz də, bütün diqqəti gözlərinizə verməyə çalışın. Bir müddət keçəndən sonra qəribə səslər eşidə bilərsiniz, amma önəm verməyin. Çünki, şüuraltınız işə düşüb. Fərziyələrə görə, bu vəziyyətin ilk 5 dəqiqəsindən sonra güzgüdə, ətrafınızda dövr edən bədənsiz varlıqlar görünəcəkdir. Əgər cəld tərpənib fənəri və yaxud işıq lampasını yandıra bilsəniz, şanslı insansız! Bəli, beləcə videomuzun sonuna gəlib çıxdıq. Güzgülər nə qədər sadə görünsə də, kim bilir içində hansı sirləri saxlayır.

https://www.youtube.com/watch?v=VSku79AOshQ

 

152 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor