Hind okeanında “ölü zona” aşkar olundu

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Nature Geoscience jurnalının xəbər verdiyinə görə, Hind okeanında “ölü zona” aşkarlanıb. “Ölü zona”- okeanın tərkibində qətiyyən oksigen olmayan hissəsinə deyilir. Bu tapıntının unikallığl ondan ibarətdir ki, əvvəllər tapılan və qeydə alınan bu tip zonaların ərazisi bir neçə kvadrat kilometrdən çox olmurdu. Adı çəkilən zonanın ərazisi isə nə az nə çox 60 000 kvadrat kilometrə bərabərdir. 

“Ölü zona”-lar qlobal istiləşmə və okean faunasının tədricən baş verən ölümü nəticəsində yaranır. Bu tip zonalarda suyun tərkibində oksigen olmur, lakin az miqdarda azot olur.

Buna oxşar “ölü zona”-lar daha əvvəllər Şimali və Cənubi Amerika sahillərində, Namibiya və Hindistan ərazilərində müşahidə olunub. Okean təhqiqatçılarının sözlərinə görə, əgər “ölü zona”-ların yaranmasına səbəb olan faktorlar aradan qaldırılmasa, gələcəkdə bu tip zonaların sayı daha da çoxalacaq.

Mənbə:http://hi-news.ru/research-development/v-indijskom-okeane-obnaruzhena-mertvaya-zona-ploshhadyu-60-000-kvadratnyx-kilometrov.html

316 total views, 1 views today