İnsanın yalan danışmasını necə bilmək olar?

Like
Like Love Haha Wow Sad Angry
1
Dostlarınızla Paylaşın

İnsanın yalan danaşmasını nəcə bilmək olar?

İnsan diliylə çox asan bir şəkildə, lakin bədəniylə çətinliklə yalan danışa bilər. İnsan doğru və ya səhv, gözəl ya da çirkin hər ifadəni istifadə edə bilər. Ancaq yalanı bədən dili vasitəsiylə gizlətməyi bacara bilməz. Dil yalan söyləyə bilər amma bədən dili heç vaxt yalan danışa bilməz.n Ağızdan çıxanın yalan olduğunu anlamaq üçün bədən dilini yaxşı bilmək lazımdır. Yalanı anlamaq üçün qarşıdakı adamın davranışlarının yaxşı analiz etmək lazımdır. Bir insanın gözünün içinə baxa-baxa yalan danışmaq çox çətindir.  Bunu hər kəs edə bilmir. Yalan danışan insan müəyyən bir müddət sonra göz təmasından qaçacaq, səs tonunda hiss ediləbiləcək dərəcədə dəyişiklər olacaq. Dodaqlarda yüngül oynamalar, gülümsəmələr, baş yelləmələri, əl və qol hərəkətləri və göz bəbəklərinin kiçilməsi — bütün bunlar insanın yalan danışmasına işarə edə bilər. Yalan danışan insanların əlləriylə etdikləri jestlər azalır. Adi halda əl jestləri ifadəni gücləndirmək məqsədiylə edilir. İnsanların əksəriyyəti danışdıqları sözlərin mənasını artırmaq üçün etdiyi əl hərəkətlərinin fərqində deyil. İnsan danışarkən əlini yellədiyini bilir ancaq əllərinin əslində nə məna kəsb etdiyini bilmir. Əllərinin hərəkə etdiyini bilmək, ancaq nə etdiyini tam olaraq bilməmək adamı şübhəyə salır və müdafiə müxanizmi işə düşür və beləcə əllərin hərəkətləri azalır. Və ya insan daxilən yaşadığı ziddiyyət səbəbindən əllərinin özünü ələ verəcəyindən qorxur və əllərini ya cibinə salır, ya üzərinə oturur və ya bir əliylə digərini tutur. Bir insanla səmimi olaraq görüşdüyünüz zaman əllərinizi rahatlıqla göstərirsiniz, ovuclarınız yuxarıya doğru açıq olur. Ancaq yalan danışdığınız zaman əllərinizi ya arxanızda gizlədər ya da ciblərinizə qoyarsınız. Yolda gedərkən söhbət əsnasında partnyorunuzun sizdən bir addım arxada getməsi, danışdıqlarından narahat olmasının siqnalı hesab oluna bilər. Yalan danışan şəxs danışıq zamanı tez-tez əlini üzünə aparır. Əgər danışıq səmimi deyilsə bu jestin sayı artır. Əl üzə gedən zaman çənəni tutmaq, ağzı örtmək, buruna toxunmaq, gözün altını qaşımaq, qulaq məməsini çəkmək və saçı oynatmaq müşahidə edilə bilər ki, bu da yalanı üzə çıxardan bədən hərəkətləridir. Uşaqlar yalan danışarkən əlləriylə ağızlarını bağlayırlar. Yalan danışan insan tez-tez udqunur. Bədən yalan danışılmasına etiraz edir və boğazın vəzifələrini yerinə yetirməsini məhdudlaşdırır. Danışmaq da çətinləşir. Əgər insan yalan danışırsa kəlmələri səsləndirmək üçün tez-tez udqunur, dodaqlarını yalayır. İnsanın göz hərəkətlərinə fikir verin. Yalanı gözdən aşkarlamaq metodu: qarşınızdakı insana cavabını bildiyiniz sualı verin. Cavabı fikirləşərkən gözlərinin haralara getdiyini diqqətlə izləyin. Hər bir şəxs doğru danışdığı zaman bir istiqamətdə baxır, yalanı danışanın gözləri «gəzir». Əgər insan nəyisə yadına salmağa çalışarkən sizin gözlərinizin içinə baxmağa davam edirsə, əmin olun, sizi aldadırlar. Əgər söhbət etdiyiniz şəxsdən harada olduğunu soruşsanız və o da öskürməyə başlasa bu yaxşı işarə deyil. Yalandan öskürmək klassik aldatma metodudur. Bədən yalana qarşı çıxmağa çalışır. Öskürmək hekayə uydurmaq üçün zaman qazanmaq şansını artırır.
 İnsan nə qədər sürətli danışırsa yalan danışdığından şübhələnmək olar. İnsanlar elə düşünürlər ki, sürətli danışsalar yalanları ortaya çıxmayacaq.Yalan danışan insan rahat nəfəs ala bilmir. Bu halda insanlar qarınlarıyla deyil, sinələriylə nəfəs alırlar.

 

330 total views, 2 views today

Cavadov Asiman

Baş Redaktor