İnsanlar Yox Olduqdan Sonra Yer Kürəsi

Like
Like Love Haha Wow Sad Angry
1
Dostlarınızla Paylaşın

Insanlar yox olduqdan sonra yer kürəsi də dəyişəcək. Hər bir insan orqanizmi 100 voltluk lampa qədər istilik verir. Azərbaycanda birdən birə yox olacaq 9 milyon insan, ölkənin tempraturunu 0.7 % azaldacaq. Biz olmasaq da, hazırladığımız texnologiya alətləri işlək vəziyyətdə olacaq.  İstehsal etdiyimiz 600 milyon maşından yolda olanlar bir biri ilə qəza törədəcək.  Dünyanın hər bir yerində yüz minlərcə yol qəzası baş verəcək. Havada uçuş etdiyi zaman minlərcə təyyarə idarəni itirib qəza üçün yerə tərəf enməyə başlayacaq.

  • 1 dəqiqə sonra

Yer kürəsində 50.000-dən çox elektrik stansiyası vardır. Onların ən az yarısı kömürlə işləyir. Düşünün ki, kömürlə işləyən elektrik stansiyaları, bir daha heç vaxt kömür qəbul etməyəcək. Biz yox olduqdan ilk 10 dəqiqə sonra yer kürəsinin 60%-i qaranlığa bürünəcək.

 

  • 55 Dəqiqə

Amerikanın Pensilvaniyaya əyaləti yay aylarında çox isti olur. Orada yaşayan insanlar evlərini kondisonerlər ilə soyudurlar. Kondisonerlərin qəbul etdiyi enerjinin böyük bir hissəsini külək enerjisi ilə istehsal edir. Yaxşı, bəs bu külək enerjisi ilə sizcə qaranlığa bürünməmək üçün kifayətdirmi? Yox! Hər nə qədər külək enerjisi istehsal olunsa da, enerjinin böyük bir hissəsi elektrik stansiyalarında gəlir. Havalar isindikdə işə düşən kondisonerlərə enerji transferi lazım olur. Lakin, 55 dəqiqə əvvəl insanlar yox olub.

 

  • 85 dəqiqə

 

Niaqara şəlaləsi, ətrafında olan enerji stansiyalarını hərəkətə gətirmə gücünə malikdir. Bu su anbarları hər an daşa bilər. Bunun üçün də insanlar onun qarşısı almaq üçün müxtəlif üsullar hazırlayıblar. İnsanlar yox olduqları üçün, təxminən 85 dəqiqə sonra ilk su daşqını baş verəcəkdir. Bunu görən ağıllı kompüter sistemləri su anbarlarını deaktiv edir. Nəticə: YENƏ QARANLIQ

 

  • 96 dəqiqə

 

96 dəqiqə əvvəl yoxa çıxan insanlardan sonra, eletkrik stansiyalarını ayaqda saxlayan ağıllı kompüter sistemləri deaktiv vəziyyətə gələcəkdir. Nəhəng stansiyalar da işi dayandırdan sonra bütün yer kürəsi qaranlığa bürünəcək.

 

  • 6 saat

 

Artıq heç bir elektrik stansiyası işləmir. Qaranlıq dövrlərə xoş gəldik! Bəli, bütün bunlar sadəcə 6 saat içində baş verdi. Kimya zavodlarında istehsal olunan kimyavi maddələr enerji yoxluğuna görə mayə halından çıxacaq və qaz formasında ətrafa yayılacaq. Bu vəziyyət, bu ərazidə yaşayan heyvanları öldürəcək.

 

  • 2 gün

Ev heyvanlar və zooparklarda yaşayan heyvanlar artıq acımağa başlayacaqdır. Zooparklarda dəmir setkalarda elektrik olmadığı üçün, vəhşi heyvanlar bir-bir qaçmağa başlayacaqdır.

 

  • 5 gün

Dünyanın hər bir yerində olan ferma heyvanları da acından və susuzluqdan çətin vəziyyətə düşəcək. Hər keçən gün 90.000 böyük baş heyvan kəsilməkdən xilas olsa da, bir çoxu susuzluqdan və aclıqdan öləcək. Nəticə olaraq kəsilməsələr də, yenə də ölərək ciddi şəkildə azalacaqlar. Bütün zooparklar boş qalacaq, oradan qaçan heyvanlar şəhərlərə üz tutacaq. Lakin, şəhərdə də qida tapmaq onlar üçün çətin olacaq.

 

  • 10 gün

İlk 10 gündə, dünyanın liderləri evcil itlərin sürüsü olacaqdır. Bu vəziyyətdə, klassik və balaca itlərə əlvida deyəcəyik. Çünki, onlar böyük itlər tərəfindən yem olacaq. Soyutma stansiyalarında sıxışmalar və partlayışlar nəticəsində 1000 dərəcəyə qədər yüksək tempraturlu yanğınlar çıxacaq. Partlayışdan çıxan qaz radiasiyalı olmasa da, çox zərərlidir və dünyanın hər yerinə külək vasitəsi ilə yayılacaq. Bu vəziyyət ilk öncə yaşıl meşələri məhv edəcək, sonra isə meşədə olan quşları, sincabları və digər ağacda yaşayan heyvanları. İt sürüləri bir müddət sonra şəhərdə qida tapmadıqları üçün şəhərləri tərk edəcəklər. Kənd yerlərinə üz tutacaqlar və fermalarda susuzluqdan ölən inəklərin ətlərinə hücüm çəkəcəklər. Siçanlar toplu halda bütün ərzaq anbarlarını tutacaqlar. Bu əslində pişiklər üçün böyük şans olacaq.

 

  • 6 ay

İlk 6 ayda yer kürəsinin yarısından çoxu nüvə buludları ilə əsir tutulacaq. Bu vəziyyətdə radiasiyadan zəhərlənən siçan və digər balaca tipli heyvanlar, onları yeyən heyvanlar üçün də zəhər mənbəyi olacaq. 3-cü ayın sonunda isə atmosfer yavaş-yavaş təmizlənməyə başlayacaq. Lakin bu dəfə də ağır qış fəsli dövriyyə girəcək. Buna görə də milyardlarla hamam böcəkləri ölməyə başlayacaq.

 

  • 12 ay

 

Bahar fəsli gəldiyi üçün, yaz yağışları yağaraq havada olan nüvə zəhərlərini təmziləyəcək. Yerdə bitən otlar və digər bitkilər təmizlənməyə başlasa da, hələ də öz zəhərliliyini qoruyub saxlayacaq və onu yeyən heyvanlar üçün ölüm təhlükəsi yaradacaqdır. Buna görə də yer üzündə ümumiyyətlə canlıları sayı ciddi şəkildə azalacaqdır. Bitkilər şəhərlərə yüksək sürətlə yayılmağa başlayacaq. İnsanlar tərəfindən inşaa edilmiş körpülər və binalar baxımsızlıq və nəmişliyə görə uçulmağa başlayacaq. Yer kürəsi getdikcə daha təbii və yaşıl vəziyyət almağa başlayacaq.

 

113 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor