Kainatda qamma şüalarının mənbəyi

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Sübutlar göstərir ki, qamma şüaları çətin ki qara maddədən yaransın.
Amerika və Niderlandın bir-birndən xəbərsiz iki araşdırmaları göstərir ki, daxili qalaktikamızda qamma şüalarının çoxalmasına qara maddə deyil, daha çox yeni mənbələr səbəb olur. Buna ən böyük namizəd gələcəkdə əsas araşdırma hədəfi olacaq olan neytron ulduzlardır. Princeton (Amerika) və Niderland qrupu bir-birindən aPrinceton (Amerika) və Niderland qrupu bir-birindən ayrı iki müxtəlif metoddan, qeiki müxtəlif metoddan, qeri-poisson səs-küyü və dalğacıq çevrilmələrindən istifadə edərək, aydınlaşdırdılar ki, qamma şüalarının siqnalları qara maddənin məhvinə görə deyil.
Credit: İmage courtesy of Cristoph Weniger, UvA. UvA/Princeton
Princeton University, Massachusetts İnstitute of Technology və Niderlandın araşdırmalarına görə qalaktikamızın mərkəzindən qamma şüalarının partlayışı qara maddədən daha çox başqa astrofiziki hadisələrə siqnaldır. Məsələn, sürətlə fırlanan millisaniyəlik pulsarlar.
Əvvəlki araşdırmalar təklif edir ki , qamma şüaları Süd yolu qalalktikasının sıx regionlarında görünməz qara maddə hissəciklərinin toqquümasından əmələ gəlir. Amma iki yeni statistik analiz metodları bir-birindən xəbərsiz qamma şüalarının qara maddə üçün xarakterik olmadığını tapdı. İki qrup da bu tapıntıları barədə bu həftə Pysical Review Letters jurnalında məlumat verdilər.
Princeton universitetinin asistant fizika professoru Lisanti Mariangela: “Bizim gördüklərimiz qalaktikamızdakı qamma şüalarının astrofiziki mənbəyinə sübutdur. Bura kosmosun çox sıx regionudur və burada başqa astrofizi siqnallar var ki, qara maddənin siqnalları ilə qarışdırıla bilər”.
Süd yolu qalaktikasının mərkəzinin qara maddəni saxlaması bir fikirdir, çünki bura kütlənin sıx konsentrasiyanın baş verdiyi yerdir. Bura ulduzların və qara dəliklərin sıx qrupları da daxildir. Qalaktikanın mərkəzində qara maddə toqquşmaları bizim kainatı başa düşməyimiz üçün irəliyə doğru əhəmiyyətli addım ola bilər. “ Bu toqquşmalar üçün birbaşa sübutlar tapmaq maraqlı ola bilərdi, çünki bu bizə qara maddə və adi maddə arasındakı əlaqəni başa düşməyə kömək edə bilərdi”, Benjamin Safdi, Princeton universitetində doktoraüstü araşdırmaçı.
Qara maddədən gələn qamma şüalarının başqa mənbələrdən fərqləndiiyini göstərmək üçün Princeton/MİT araşdırma qrupu şəkil-prosses texnikasından istifadə etdi. Onlar düşünür ki, əgər əgər qamma şüaları qara maddənin bir-biri ilə zəif əlaqədə olan massiv zərrəciklərinin toqquşmasından əmələ gəlirsə onlar bir-birinə oxşamalıdır. Lisanti, Safdi, Samuel Lee, Wei Xue və Tracy Slatyer 2008-ci ildə şüaları xəritələşdirən NASA-nın Fermi Gamma-ray Space Telescopunun çəkdiyi şəkillər əsasında analiz apardılar.
Qara maddə zərrəciklərinin kainatın kütləsinin 85%-ni təşkil etdiyi deyilir, amma bu dəqiq aşkar olunmayıb. Qara maddənin qəbul olunmuş modelinə əsasən zəif əlaqəli massiv zərrəciklərinin toqquşması onların bir-birini məhv etməsinə səbəb olur ki, bu da kainatda işığın ən yüksək enerji forması olan qamma şüalarını yaradır.
Bu modelə görə işığın yüksək enerji zərrəcikləri və ya fotonlar Fermi teleskopunun çəkdiyi şəkillərin piksellləri arasında hamar paylanmalıdır. Əksinə, başqa mənbələr, məsələn, pulsarlar kimi tanınan fırlanan ulduzlar işıq partlayışlarını parlaq piksellərlə buraxır.
Tədqiqatçılar statistiki analiz metodlarını Fermi teleskopunda alınan şəkillərə tətbiq etdilər və aydınlaşdırdılar ki, fotonların paylanması hamardan daha çox topa (yığın) şəkildədir. Bu da onu göstərir ki, bu qamma şüaları qara maddə zərrəciklərinin toqquşmasından yarana bilməz.
Lisantiyə görə yeni mənbələr dəqiq məlum deyil. Amma radio tezlikləri aşkar edən teleskoplarla və digər müşahidələrlə bu mənbələri araşdırmaq mümkündür.
Harvard universitetinin atronomiya və fizika üzrə professoru Douglas Finkbeiner deyir ki, qara maddəni araşdırarkən üzləşdiyimiz çətinliklər bizi yeni sahələrin kəşfinə aparır. “Bizim işimiz gördüklərimizi xarakterizə etməkdir, müəyyən arzuolunan nəticələr əldə etmək deyil. Əlbəttə, qara maddəni tapmaq əla olardı, amma nələr baş verdiyini müəyyən etmək və yeni kəşflər etmək də həyəcan vericidir.”
Niderland qrupunun qurucusu, Amsterdam universitetindən Cristoph Weniger düşünür ki, aşkar olunanlar qazanc-qazanc vəziyyətindədir. “Ya biz gələcək onillikdə yüzlərlə ya da minlərlə millisaniyəlik pulsarlar tapıb Süd Yolunun tarixinə işıq salırıq, ya da heç nə tapmırıq. Sonuncu halda qamma şüalarının çoxalması üçün qara maddə izahatı çox daha asan olacaq.”

Redaktor:Azər Səlimli

99 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor