Lənətli Çörək və Ergot Göbələyi

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

300 nəfərlik kəndin eyni vaxtda hamının dəli olması və 7 nəfərin ölümü ilə nəticələnən “ Lənətli Çörək” əfsanəsi.

1951-ci ildə Fransada kiçik bir qəsəbədə baş verən LƏNƏTLİ ÇÖRƏK hadisəsi, bir çox insanı qorxuya saldı. Bu hadisədə 7 nəfər də həyatını itirmişdi. Günlərin bir günü yuxudan oyanaraq özünü qəribə hiss edən kənd camaatı fərqli bir atmosferə düşdü. Qəribə məxluqları gördüklərini deyən kəndlilər, özlərni bir anlıq vəhşi heyvan kimi aparıb, hücüm edib zərər verərkən polis tərəfindən kontrol altına alındılar. Budur, qəribəliyini qoruxub saxlayan LƏNƏTLİ ÇÖRƏK hadisəsi…

Fransanın Grad bölgəsində, kiçik bir kənd olaraq tanınan Pont-Saint Esprit kəndi, sakit və mehriban insanların yaşadığı bir kənd idi.  Hər şey normal idi, insanlar işə gedib-gəlirdilər, axşam yatıb səhər oyanırdılar. Lakin, 1951-ci ilin 16 avqust tarixində insanlar dəyişdi.  16 avqust, yuxudan oyanan hər kəs özünü qəribə aparırdı.  Kənd camaatı əjdaha gördüyünü deyirdilər və ilanların evlərə hücümlarından danışırdılar. Həmin gün 11 yaşında olan Charles Granjhom adlı uşaq öz nənəsini boğmağa başlayır, işçi  Gabriel Validri özünü öldürür. Digər bir gənc isə öz otaq yoldaşlarının başlarını kəsib stolun üstünə düzmürdü. Bir qadın isə iddia edirdi ki, səhər evində şir ona hücüm edib. Kənddə yaşayan hər kəs xəyal görürdü. Bütün ilanlar, əjdahalar, şirlər xəyal ishtehsalı ıdı.  Bu hadisə alimlər tərəfindən araşdırılmağa başlayır. Qəribəliklərin davam etdiyi 8-ci gündə, kənd sakini xəstəxanada yatdığı halda, özünü 2-ci mərtəbədən aşağı atır. Bütün bu qədər hadisənin səbəbkarı isə, kəndin çörək bişirəni Roch Briand idi. Aparılan araşdırmalara əsasən aydın oldu ki, çörəy bişirilməzdən əvvəl xəmirinə ERGOT adlı göbələk və digər yağlar qatılırdı. Dünyanın ən axmaq bitkisi olan ergot göbələyi insanda halüsanisiya yaradır.

81 total views, 2 views today

Cavadov Asiman

Baş Redaktor