Magiya və Onun Növləri

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Magiya və onun növləri Əgər magiya növlərini öyrənmək istəyirsizsinizsə, əvvəlcə onu başa düşmək lazımdır. O ayrı bir sənət sayılır. Magiyada hansı uğura nail olmaq istəyirsinizsə, Sizə biraz güc, səbr, iradə lazımdır. Magiya ayrı növlərə bölünür: 1)Simpatik 2) Teorgiya və Qoyetiya 3) Psixurgiya Simpatik növ elə bir növdüki orada hər bir cisim arasında bir əlaqə var. Həmçinin bu növ ayrıca qruplara bölünür. 1) Kontakt magiya 2) İnisiyal magiya 3) Simil vəya İmitativ magiya 4) Kontaqiyos və ya Parsiyal magiya “Kontakt Magiya” toxunuşla güc alıb güc verməyə malikdir. Məsələn: Talismanlar, Göz muncuğu və.s kimi əşyalardan istifadə olunur. “ İnisiyal Magiya” bu magiya insanlara İşlərində, gündəlik həyatlarında , uğursuzluq gətirmək üçün edilir. Hətta insanı məhv edəcək dərəcədə güclüdür. Buna görədə Maglar cürbəcür alətlərin sayəsində istifadə edirdilər. “Simil vəya İmitativ magiya” bu magiyada zərəri bir əşyadan digər əşyaya keçirtmək mümkündür. Hətta cansız bir əşyadan insana keçirtmək olur. Məsəl üçün hər hansı bir gəlinciyə o insanın adı verilir və o gəlinciyə zərər verdikdə həmən insan acı çəkir hətta ölümə belə gətirib çıxarır. “Kontaqiyos və ya Parsiyal Magiya” bu magiya insanın əşya ilə energetik əlaqə saxlamasına deyilir. Məsəl üçün: Diş, Sap, Dırnaq,Saç, və.s kimi insana aid olan cisimlərlə həmən insanı məhv etmək gücünə malikdir. Digər magiyalara nisbətən bu magiya daha güclüdür. İnsanı o hala gətirib çatdırır ki insan öz özünə qəsd etmək istəyir. “Teorgiya və Qoyetiya” bu magiya şeytan, cin və digər pis ruhlarda əsaslanır. Burada Maglar həmən pis ruhlarnan əlaqəyə girib onlara şəxsi tapşırıq verirlər və onları yaxşılığa doğru gəlirlər. Hətta bu magiyada Şimalda, şamanlar havanın soyuqluğundan narazı olduqlarına görə havanı yaxşılaşdırmaq üçün bu magiyadan istifadə edirlər. “Psixurgiya “ Bu Magiya növü başqa insanın ruhu ilə əlaqə girməsinə əsaslanır. Həmçinin Psixurgiyaya aiddir: Maqnitizim, Hipnatizim, Telepatiya, Mediumizim, Uzağ görənlik, Psixometriya, Astral prayeksiya. Bunlardan başqa bu cür magiyalar mövcuddur. 1) Qara Magiya 2) Ağ Magiya 3) Boz Magiya 4) Ritual Magiya 5) Seksual Magiya 6) Sevgi Magiyası 7) Döyüş magiyası “Qara Magiya” bu magiyada Maglar insanlara mənfi enerji ötürməklə məşğuldular. Hətta yanında insan olanda belə hər bir formada insana enerjini çatdırır.Qədim Yəhudi mənbələrində dibbuk adında bir məxluq mövcuddur. Yəhudi maqları bu cismi neqativ magiya yoluyla düşmənə mənfi zərbə endirirdilər və hər birində qalib gəlirdilər. “Ağ Magiya” Bu magiyada maglar insanlara müdafiə bol enerji və hər bir işlərində uğur qazandırırdılar. Qədim avropada “Qraflar” magların yanına gedərək ağ magiyadan yararlanırdılar. “Boz Magiya” bu magiya Ağ və Qara magiyanın qarışığı sayılır məsələn qara mag ağ magiyadan istifadə edərək insalara yaxşılıq edirdilər. Amma boz magiya hərdən uğursuzluqla nəticələnirdi. Çünki yaxşılıq etmiyən qara mag, ağ magiya edəndə o daha da pis nəticələrə gətirib çıxardırdı. “Ritual Magiya” keçmişdə maglar ərzaq tükənəndə quraqlıq olanda 1 ocağın başına toplanaraq tanrıdan yağış yağması üçün Ritual Magiyadan istifaə edirdilər “Seksual Magiya” Bu magiyadan daha çox qadınlar istifadə edirdilər. Aldadılmış evli qadınlar ərlərinə Seksul Magiya edərək cinsi istəklərini məhv edirdilər. “Sevgi Magiyası” Bu magiyadan daha çox subay insanlar yararlanırdılar. Bir insan qarşılıqsız sevgi yaşadığında qarşısındakini özünə aşiq etmək üçün bu magiyadan istifadə edirdilər. Hətta bir qadın bu magiyadan elə istifadə etmişdiki özünə aşiq etdiyi insan sevgisindən özünə qəsd etmişdir. “Döyüş Magiyası” Qədim Monqolustanda Şamanlar hər bir döyüşdə uğur əldə etmək üçün döyüş magiyasını ərəfəyə keçirirdilər. Bütün qədimi mənbələrdə hətta Azərbaycanda Döyüş Magiyasından istifadə edilməsi barədə nəzəriyələr vardır.

127 total views, 2 views today

Cavadov Asiman

Baş Redaktor