Nazka Fiqurları

Like
Like Love Haha Wow Sad Angry
1
Dostlarınızla Paylaşın

Bu fiqurları 1939-cu ildə arxeoloq Pol Kosok, Peru üzərindən uçarkən, təsadüfən kəşf edib. Bu xətlər yüzmetrlərlə uzanır və müxtəlif şəkillər əmələ gətirir. Amma bu şəkillər o qədər böyükdürkü, yalnız təyyarə ilə görmək mümkündür. Həmdə bunlar insanların yaşayış yerlərindən çox uzaq idi. Məsələn Kolibri-50 metr, hörümçək-46 metr, kərtənkələ-188 metr və daha böyük fiqurlar var. Onları isə yerdən çəkmək çox çətindir. Çünki nə alındığını uzaqdan görə bilmirsən. Nazkada elə bir yüksəklik belə yoxdurki, qədim tayfalar ordan qalxıb çəkdiklərinə baxa bilsinlər. Nazkada maksimum 50-60 metr hündürlükdə olan təpələr var amma şəkilləri görmək üçün ən azı 150-200 metr yüksəkliyə qalxmaq lazımdır. Bu şəkillər barədə heç bir alim açıqlama verə bilmir.Yaxşı, əgər Peru tayfaları uça bilmirdilərsə, bunları kim çəkib? Yadplanetlilər niyə bu qədər sadə, primitiv şəkillər çəksinki? Daha qəribə olan isə Nazka xətləridir. Onlar yerdə bir birinə tam paralel çəkilib. Bəziləri isə 80 kilometrə qədər uzanır və bir dərəcə belə əyilmirlər. Bu cürə düz xəttləri səhrada,hətta günümüzdə belə çəkmək çox çətindir. Yuxarıdan baxdıqda, sanki kimsə xətkeşlə duz xəttlər çəkib. Bunu ən çox 100-200 metr çəkmək mümkündür. 80 kilometr isə mümkünsüzdür. Həmdə bu yollar heç bir funksiya daşımır, ixtiyari formada çəkilmiş xəttlərdir. Şəkillərdə kiçik görünə bilər amma hər biri bir təyyarə platformasi ölçülərindədir. Şəkillər bəlkədə nə vaxtsa dünyaya gələn, o ideal xəttləri çəkən varlıqlara ehtiram olaraq çəkilmişdir.  Nazkada biz, iki fərqli svilizasiyanın toqquşmasını görürük. Biri primitiv heyvan şəkilləri çəkən, digəri isə ideal ölçülü və mənası bilinməyən, kilometrlərlə uzanan xəttləri çəkən sivilizasiya. Ufoların buranı dayanacaq kimi istifadə etdiyini düşünə bilərsiniz. Amma Nazka platformasi dayanacaq olamayacaq qədər dərə təpəlidir. Üstəlik Nazka vadisindəki radiasiya və maqnit qüvvəsi ətraf ərazilərdən dəfələrcə artıqdır. Bu xəttlər fiqurlar bəlkədə keçmişdə dünyaya gələn yadplanetlilərin qoyduğu kodlaşdırılmış bir mesajdır. Amma biz hələ o dərəcədə inkişaf etməmişik ki, bu mesajları anlaya bilək.

 

92 total views, 2 views today

Cavadov Asiman

Baş Redaktor