Çitaların nəsli tükənmək üzrədir – Dünyada cəmi 7.000 çita qalıb

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Yeni araşdırmalara əsasən məlum olub ki, dünyanın ən sürətli heyvanı sayılan çitaların nəsli tükənmək təhlükəsiz ilə üz-üzədir. Alimlər açıqlama verib ki, sayları sürətlə azalan çitalar, yer üzündə cəmi 7000 ədəd qalıb. London Zooloji Dərnəyindən gələn məlumata görə, dünyadakı çitaların yarısından çoxu Afrikanın cənubundakı 6 ölkədə yaşayır. Asiya qitəsində isə demək olar heç çita qalmayıb. İranda isə sadəcə 50 çita yaşayır. Çitaların azalmasının səbəbi isə, qoruma ərazisində olan insanlar ilə daha çox üz-üzə gəlmələridir. Çitalar çox sürətli qaçdığı üçün, qoruma ərazisindən bir xeyli uzaq məsafələrə qədər gedib-qayıda bilirlər.

 

117 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor