Ofis İşçisi İlə Freelancer Arasında 9 FƏRQ

Like
Like Love Haha Wow Sad Angry
4
Dostlarınızla Paylaşın

Freelance – bu iş artıq günümüzdə çox eşitdiyimiz iş sahələrindən biridir. Əslində, iş sahəsi yox, sırf iş formasıdır. Fərqi ondadır ki, siz evinizdə oturub işləyirsiz. Bunun üstünlükləri nədir? Buyurun, şəkilləri izləyin

1.Heç vaxt yuxudan oyanıb həyəcanla saata baxmırsınız, çünki iş saatınızı özünüz təyin edirsiz!

2. Sıxıcı, monoton ofis geyimlərindən azad olursunuz.

3. Hər gün vaxtınızı yollarda itirmirsiz. Avtobus, taksi, metro – bunlar sizə yad sözlərdir 🙂

4. İş ərazinizdə istədiyiniz əşyanı istədiyiniz yerə qoya bilərsiz, istədiyiniz formada işləyə bilərsiz. Heç kəs sizin üçün qaydalar qoymur.

5. İclas – bu sizin üçün sadəcə bir monitor arxasında danışacaqsınız bir neçə dəqiqədir. Köynək olaraq səliqəli geyinsəz də, şalvar və ayaqqabınızı görən olmayacaq, rahat olun 🙂

6.  Nahar zamanı sizin üçün xüsusi bir şey deyil. Çünki, istədiyiniz zaman yemək yeyə bilərsiz. Hətta, işləyə-işləyə də yeyə bilərsiz. Buki lap əladır!

7. Qışda soyuq hava, yağış, qar – belə vəziyyətdə sizin ən böyük probleminiz mağazadan çörək almaq olacaq.

8. İş zamanı sizin mübahisələriniz ancaq pişik və itlərinizlə ola bilər. Bundan gözəl mübahisə yoxdur dünyada

9. İşdən çıxarılmaq, iş yerini dəyişmək – bu kimi problemləriniz yoxdur. Çünki, siz sərbəst işləyən şəxssiz və heç kəs sizi işinizdən kənarlaşdıra bilməz. Unutmayın, həm də çox şanslısız!

 

BƏYƏNDİN? O ZAMAN PAYLAŞ 🙂

 

 

321 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor