Ölmüş Qızın Facebook Mesajları

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

 Mənim sevgilim 2012-ci il, avqustun 7-sində öldü. O, işdən evə gələndə yolu keçərkən, maşın tərəfindən vurularaq öldü. Elə hadisə yerindəcə ölmüşdü. Bizim 5 illik münasibətimiz var idi, yaxın zamanda isə, evlənəcəkdik. 3 aydan sonra evlənməliydik. O çox enerjili, pozitiv və hər zaman xoşbəxt idi. Amma tam olaraq bir texnologiya alüdəçisi idi. Mənə ən son 7 ay əvvəl mesaj yazmışdı. 6 Noyabr, 2013cü ildə isə qəribə hadisələr baş verməyə başladı. Emilinin profili aktiv deyildi, lakin həmin tarixdə 3 dəqiqə içində aktiv oldu. Düşündüm ki, bu hesabı Emilinin anası işlədir. Sonra isə, ilk mesajını yazdı…

(Emily) Salam

(Mən) Sən kimsən ? Emilinin profilindən mesaj qəbul etməyim xoş deyil, zəhmət olmasa gələn dəfə öz profilinizdən mesaj yazın.

(Emily) Salam

(Mən)  Susan (suzan) ? Emilinin profilini istifadə edən sənsən ?

(Emily) Salam, həftə sonu harasa gedək ?

(Mən)  Sən kimsən ?

(Emily) Avtobusun təkərləri

(Mən) Xahiş edirəm kim olduğunu de.

 

2014-cü ilin Fevral ayında, Emili özünü mənim şəkillərimdə işarələməyə başladı. Bu hadisəyə görə çox yuxusuz qalmışdım və əsəbi idim.  Emili hər qarşısına çıxan şəklimə özünü işarələyirdi. Bəzi dostlarım bunu gördülər amma heçnə demədilər. Hətta bəzi dostlarım məni öz dostluqlarından da çıxartdılar. Emilinin profili onlayn olmaya-olmaya mənim profilimdə gəzirdi və özünü hər şəkilə işarələyirdi. Mən düşünürdüm ki, bu mesajları Emilinin anası Susan göndərir. Lakin, sonra Emili mənə, ölmədən əvvəl tətilə gedəcəyimiz yerin adını və yolda qulaq asacağımız musiqinin adını yazdı, bu zaman dəli olmaq üzrəydim. Onun bütün yazdıqlarını screenshot edib dostlarıma göndərdim. Dostlarım isə dedilər ki, bu bir növ hacklanma və virusdur. 2015-ci il, martın 15-ində ona mesaj yazdım. “ Niyə belə edirsən? Niyə özünü şəkillərimdə işarələyirsən ?  Çox keçmədi, tam 10 gün sonra bir mesaj aldım…

(Emily) Salam, salam, salam, salam

(Mən)Bu əslində sıxıcıdır, niyə bunu etməkdən zövq alırsan ?

(Emily) Darçın qoxulu şamlar

(Mən)Cəhənnəm ol!

(Emily) Niyə bunu edirsən ?

Bunu niyə etdiyini, niyə özünü şəkillərimə işarələdiyini soruşduğumda, çox mənasız cavablar yazırdı. Bir müddət sonra isə, mənim yazdığım sözləri təkrar olaraq mənə yazmağa başladı. Bu sözlərin, daha əvvəlki danışdığımız cümlələrdən götürüldüyünə fikir verdim. Bu mesajların göndərildiyi yerin hara olduğu tapmağa çalışdım və qarşılaşdığım nəticə məni bir daha qorxuya saldı. Emily öləndən sonra, gələn mesajların adresləri: mənim evim, iş yerim və Emilynin anası Suzanın evinin olduğu qeyd olunmuşdu. Bir neçə gün sonra Emilynin profilindən yenə mesaj gəlir və açıb oxuyuram. Bu dəfə isə, Emilyin yazdığı sözlər, əvvəl danışdığımız sözlər ilə heç də uyğun gəlmir.

(Emily) Biz öz mürəbbəmizi hazırlamalıyıq.

(Emily) Samanta.

(Emily) Fərqli deyil.

(Emily) Keçmək üçün heç bir şansı yoxdur.

(Emily) Neçəyədir?

(Emily) Qaraj, yan qapı.

(Emily) Qapı.

(Emily) Keçmək üçün heç şansı yoxdur.

(Emily) Bişmiş lobyalı tost.

(Emily) Bilmirəm, mən dedim – Nathandan soruş.

(Emily) Natha (Neytın), Nathan, Nathan

(Mən) Nə olduğunu anlamıram, bunu axı necə edirsən? Xahiş edirəm dayan!

(Emily) Xahiş edirəm dayan, nə olduğunu bilmirəm.

(Emily) İdman ayaqqabılarım quruducudadır.

(Emily) Həyətdə çox soyuqdur, soyuq, soyuq.

(Emily) Nathan, xahiş edirəm dayan.

(Emily) Soyuq, donuram. Nələr baş verir, anlamıram.

(Mən) Mən doğurdan da sərxoşam, sənin üçün darıxıram.

(Emily) Kim sənin profilivi istifadə edir? İşdən evə gələndə səni kompyüterimdə görəcəyimi gözləmirdim. Daha bunu istifadə etməməliyəmmi ?

(Emily) Sadəcə yol gedək. 

  • Mən sərxoş deyildim, Emily xoşbəxt bir qız deyildi. Özümü sərxoş edib, onunla daha rahat danışa bilərdim. Yol gedək deyirdi… Qəza zamanı ayaqları arxa oturacağın altında qalmışdı. Bu mesajları isə ona öldüyü gün göndərmişdim.

(Mən) Evə gedirsən? Bayaq sənə zəng etdim dedilər ki, saat 4-də getmisən. Narahat oldum. Ürəyimdə bir ağrı hiss etdim. Xahiş edirəm cavab ver. Emily, telefona cavab ver.

 

  • Dünən Emilynin yazdığı mesajlar isə, ona ölmədən əvvəl yazdığım mesajlar ilə eyni idi. Eyni mesajları təkrar-təkrar mənə yazırdı. Bu hadisənin üstündən 1 həftə keçdi və o daha mesaj yazmadı. Şəkillərimdə özünü işarələmirdi. Bir gün evdə oturub kompyüterdə işləyirdim və facebookda bildiriş gəldi. Bildirişi açanda isə gördüm ki, Emily bir şəkil yükləyib və məni o şəkilə işarələyib. Şəkil isə bizim həyətdən çəkilmişdi.

289 total views, 2 views today

Cavadov Asiman

Baş Redaktor