Piramidalar – Dünyadan kənar texnologiyalar

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Pramidalar, inanılmaz böyüklükdə ehramlar, bunlar sizcə primitiv insanların tikə biləcəyi tikililərdimi? Biz, günümüzdə belə bütün texnologiyanı səhranın ortasına töksək, bir Gizə pramidasını tikə bilmərik.

Deyilənə görə pramidalar sadəcə fironların məzarlarının saxlandığı yer olub. O zaman niyə bu haqda bir dənə belə olsa sənəd yoxdur? Axı misirlilər hər şeyi xırdalığına qədər yazmağı sevirdilər. Hər şey var ama, dünyanın birinci möcüzəsi olan pramidaların tikilişi haqda heçbir sənəd yoxdur. Yoxsa pramidalarını misirlilər deyil, onlardan əvvəl yaşayan xalq tikib. Bəlkədə itmiş atlantidanın bir qalığıdır? Gələk pramidanın özünə. Əgər onlar həqiqətən sərdabədirsə, onda içəridə firona həsr olunmuş yazılar, bəzəklər, şəkillər olmalıdır elə deyilmi? Amma arxeoloqlar içəri daxil olanda  bir şəkil, yazı, işarə heç nə yoxdur. Yaxşı bəs ən mərkəzində necə? Nə qəbir var, nədəki mumya. Bütün firon mumyaları Padşahlar Vadisində yerləşir. Bizim bu gundə belə tikə bilməyəcəyimiz ideal, nəhəng tikili və bu haqda Misir tarixini heçnə yazmır. İçəridə bir dənə belə olsun şəkil,yazı yoxdur və Firon sərdabəsi deyilsədə içəridə heç bir sərdabə yoxdur. Misirlilər demək boşuna 100 tona qədər ağırlığı olan, 2 milyondan çox daş daşıyırmışlar? Bir dəqiqə! Bəlkə daşları daşıyan misirlilər deyildi? Bəlkədə pramidalar, yerdə yaşayan padşahlar üçün deyil, göydən gələn yadplanetlilər üçün tikilib, yaxud onlar tərəfindən tikilib. Görünüşündəndə məlumdurku pramidalar yaddaşda qalmaq, tarixə düşmək üçün tikilməyib. Çünki içəridə nə böyük, rahat otaqlar var, nədəki böyük Misir xalqı haqqında yazılar. Pramidalar sırf texniki qurğu idilər. Onlar nəhəng enerji mənbələri idilər. Təkcə Misirdə deyil, eyni pramidalardan dünyanın dörd bir yanında var sadəcə gizlədilirlər. Məsələn Çində pramidanın tapıldığını bilən kimi imperator üstünə ağaclar əkib, gizlətməyi əmr etmişdi. Maraqlıdır görəsən niyə? Niyə alimlər alimlərin bu tikililərin bağlı qalan hissələrinə girə bilmirlər? Niyə icazə verilmir? Təkcə pramidalar deyil, dünyanın müxtəlif yerlərində qeyri adi nəhəng tikililər tapılır və onların necə tikildiyi haqda alimlər fikir bildirə bilmirlər. Məsələn Bağdadda tapılan qədim batareyalar. 1 936-cı ildə Xucud-Rabu  adlı yerdən gil qablar tapdılar. Onların içində mis, izolasiya və ortasında elektrik ötürən digər metallar tapıldı. Bu qablara sirkə və ya dəniz suyu tökmək kifayətdir ki, elektrik alınsın. Elektrik 1800-cü ildə icad edilib amma eramızdan əvvəl 650-ci ildə Bağdadda insanlar artıq elektrik alırdılar. Bununla artıq  bütün dünya alimləri razılaşıb amma heç kim izah edə bilmirki, elektrikdən qədim insanlar nə üçün istifadə ediblər. Yoxsa, doğurdan da bu elmlər yadplanetlilər müvəqqəti bizim planetdə qaldıqları dövrdə əldə edilib. Ya, Misirdəki işıq lampası necə? Yoxsa, 4000 il əvvəl insanlar lampadan istifadə edib? Ən maraqlısı odur ki, pramidaların içinə zərrə qədər işıq düşmür.  Bəs qaranlıqda qullar necə işləyirdi? Axı məlumdur ki, işıq verən məşəllər və şamlar o vaxt Misirdə mövcud idi amma pramidanın iç divarlarını öyrənən alimlər bildiriblər ki, pramidanın iç divarında his və məşəl izləri yoxdur. Mikroskopikdə olsa heç bir iz yoxdur. Yoxsa, Misirlilər başqa işıqdan istifadə edirdilər? Səma tanrılarının öyrətdiyi elmlər əsasında hazırladıqları işıqdan istidadə edirdilər? Misirlilər bəzi mənbələrdə yazırdılarkı pramidalar, sfinks misir xalqından qat-qat daha öncə mövcud olub. Söhbət 10-15 min ildən gedir. Hansıkı sfinksin üzərində olan erroziyalar 10-15 min öncəyə aiddir amma alimlər bunu qəbul etmirlər. Sanki kimsə onlara tarixi saxtalaşdırmaq üçün göstəriş verib.

87 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor