Pulitzer Mükafatı

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Pulitzer mükafatı

Pulitzer mükafatı, müzakirəsiz fotoqrafların ən qürur duyduğu, sektorun ən əhəmiyyətli mükafatlarından biridir. Təbii ki bu mükafatı ala bilən fotoşəkillər tarix boyunca həmişə digər fotoşəkillərdən ayrı olaraq, əvəz olunması çətin, məna yüklü anları göstərilmiş Fotoşəkillərdir. Bu anları tutan fotoqraflar da doğru zamanda doğru yerdə və hətta doğru bucaqda olaraq bu mükafatı qazanmağa haqq qazanmışlar. Yaxşı bu fotoşəkillərin arxasında yatan o mükafata layiq hekayələr nə idi? Bu fotoşəkilləri bu qədər xüsusi edən anlar hansı anlardır? 1- Stanley Forman, 5 Aprel 1976 Zənci vətəndaşlara edilən irqçi ayrı-seçkilik əsrlərlə davam etdi və Amerika da bu ayrım 1965-ci ildə qaldırıldı. Lakin vətəndaşların ağılındakı irqçilik fikri 1970ci qədər atılmadı. Hadisəyə mövzu olan şəkildə zənci bir vəkil və insan hüquqları aktivistinin irqçi bir Amerikan gənci tərəfindən “bayraqla” hücuma uğraması obyektivlərə əks olunmaqdadır. 2- Jack THORNELL, 6 İyun 1966 Bu şəkil də ağrılar içində qışqıran, İnsan Hüquqları müdafiəçisi olan James Meredith. Silahlardan çıxan güllələrlə yaralanan Meredith, hadisə yerinə çağırılan təcili yardım ilə xəstəxanaya qaldırılaraq yaxşılaşdırıldı. Həyati funksiyaları normala dönsə də kürəyindəki o iz heç itmədi. 3- Oded Balilty, 1 Fevral 2006 Fotoşəkilə mövzu olan hadisə, İsrailin Qərb Şəriyə bölgəsindəki Amona şəhərində çəkildi. İsrail bölgəni qaçqın və icazəsiz yerləşən xalqdan “təmizləmək” üçün əməliyyat başlatdı. Bütün bu əsgərlərə qarşı bir Yəhudi qadın özünü əsgərlərə sipər etməkdədir 4- Eddie Adams, 1968 ci il İndi izlədiyiniz fotoşəkil əslində mükafata sonuna qədər layiq olmuş və məşhur bir fotoşəkildir. Şəkildə görünənin əksinə hekayə çox fərqli və fotoşəkili çəkən Eddie Adams tutduğu bu kadrdan birazda peşmandır. Fotoşəkildə silahı odlayan adam Nguyen Ngoc Loan, Cənubi Vyetnam Ordusu Generalı və Milli Polis Şefidir. Silahın ucundakı adam isə, Nguyen Van Lem, yəni Viet Cong ordusunda vəzifəli və Saigon bölgəsindəki bir çox qırğından məsul biridir. Hekayəsi haqlı bir səbəb göstərsə belə fotoşəkilçinin kadrlarına əks olunan bu şəkil ağıllardan uzun müddət silinməcəkdir. 5- Don Ultag və John Robinson, 20 Oktyabr 1951 Bu fotoşəkil isə, irqçiliyin idmana əks olunmasıdır. Drake Bulldogs adlı oyunçu bilərək və qəsdən Afro Amerika idmançı Johny Bright’a yumruq atdı. Bu hərəkət idmançıya bir cəza gətirmədi lakin iki tərəf arasındakı düşmənçilik daha da artdı. 6- Milton Brooks, 1941-ci il Tarix 1941 və Detroit Ford Avtomobil Zavodu işçiləri ümumi tətil qərarı aldılar. İşçilər daha yaxşı iş şərtləri və yaxşılaşdırılmış bir ödəniş tələb etmişdilər. Obyektivlərə əks olunan görünüş də işçilərin arasına girən zavodun rəhbər yardımcısıdır işçiləri sakitləşdirmək üçün gəlir lakin döyülür və sonra işçiləri tətilə göndərməyə söz verir. 7- Anthony Roberts, 1973-cü il Fotoşəkili çəkən Roberts, Hollywoodda bir avtomobil dayanacağında gedərkən qışqırıqlar eşidməyə başladı. Hadisə yerinə çatanda gördü ki bir adam təsirsiz hala gətirdiyi qadını döyməkdə və ətrafdakıları isə yaxınlaşdırmamaqda idi əlbə yaxa olan qadın can hayında qışqırmağa davam etdi. Və o əsnada silah səsi eşidildi. Inanılmaz bir şəkildə adam olduğu yerə yıxıldı. Hadisə yerinə qaçan təhlükəsizlik işçisi tək güllə ilə adamı olduğu yerə yıxdı. Fotoğraf isə adamın vurulmadan əvvəlki son halıdır. 8- Paul Vathis, 1962-ci il Foto, dövrün ABŞ prezidenti John F. Kennedyin bir əvvəlki ABŞ başçısı Dwight D. Einsenhower ilə birlikdə Camp Daviddə uzun və rəsmi bir gediş edərkən çəkildi. Gedişin mövzusu isə Amerikanın Kuba (Fidel Castro) üzərinə etmiş olduğu Donuzlar Körfəzi Hərəkatıdır. 9- Rocco Morabito, 1967 Fotoşəkildə elektrik işçisi olan Randal Champion və J. D. Thompson təkrarlanan baxım işlərini görürdülər. Bu baxımlar əsnasında Randal Champion səhvən bir tele toxundu və bədənindən tam 4000 volt elektrik cərəyanı keçdi. Təhlükəsizlik kəməri olduğu üçün asılı qalan Champion’a yoldaşı J. D. Thompson ilk kömək etmək üçün yaxınlaşmışdı və həyat öpüşü vermişdi. Edilən ilk yardım sonrasında möcüzəvi şəkildə həyata dönən Champion’un nəbzi atmağa başladı olduğu yerdən endirilərək xəstəxanaya qaldırıldı. Xəstəxanada gördüyü müalicənin ardından Champion sapsağlam ayağa qalxdı və həyatına davam etdi. 10- Kyoichi Sawada, 19 Ağustos 1966-cı il Foto Cənubi Vyetnamda çəkildi. Long Tan müharibəsinin ardından, Avstraliyalı əsgərlərin hərbi texnikasının arxasına bağladıqları Viet Cong hərbi fotoşəkilə mövzu oldu. Bu fotoşəkilin ardından insanların döyüşə olan dünyagörüşü daha da dəyişdi.

 

 

loading...


183 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor