Qara Dəliyə Düşsəz Nə Baş Verər?

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Qara dəliklər, kainatdakı ən qəribə varlıqlardan biridir. Onlar hardan meydana gəldilər? İçinə düşəndə nə olur? Ulduzlar, öz qravitasiyaları səbəbi ilə, nəhəng qaz buludlarından çökərək meydana gələn, əsasən hidrogendən ibarət olan, inanılmaz ağırlıqdakı maddə toplularıdır. Nüvələrindən həddən artıq enerji saçaraq, hidrogen atomlarını heliuma çevirir. Bu yaranan enerji maddəyə qarşı itələmə yaradaraq iki qüvvət arasında mükəmməl tarazlıq yaradır. Nüvədə dəmirin çəkisinin artması ilə bu tarazlıq pozular və ulduz öz içərisinə çökərək qara dəliyi əmələ gətirər. Əgər bir qara dəliyə baxarsanız, görəcəyiniz əsas şey, hadisələr üfüqüdür. Hadisələr üfüqünü keçən bir obyekt, qara dəlikdən qaçmaq üçün, işıqdan daha sürətli hərəkət etməlidir. Başqa cür desək, qaça bilməz! Buna görə heç bir şey əks etdirməyən qara bir kürə görürük. Yaxşı bəs hadisələr üfüqü işin qara hissəsidirsə, bəs işin dəlik olan hissəsi nədir?  Təklik..Əslində təkliyin tam olaraq nə olduğunu bilmiriy. Təklik sonsuz dərəcədə qatı ola bilər. Yəni bütün kütlənin həcmsiz olaraq  kainatdakı tək bir nöqtəyə yığılması mənasına gəlir. Vəya tamaməm başqa bir mənaya malik ola bilər. Hələlik bunu bilmirik. Bu arada, qara dəliklər tozsovuran kimi hər şeyi özünə çəkmir. Əgər günəş yerinə bir qara dəlik olsaydı, dünya üçün çox bir şey dəyişməzdi. Təbiiki öldürücü soyuğdan başqa. Bir qara dəliyə düşəniz nə baş verərdi?   Zaman anlamı qara dəlikdə tamamən fərqlidi. Qıraqdan, hadisələr üfüqünə yaxınlaşdıqca yavaşladığınız görünəcək. Yəni zaman sizin üçün daha yavaş keçər. Bir nöqtədə isə tamamən donub qalmış görünəcəksiz. Və yavaşca itəcəksiniz. Digər tərəfdən isə, özünüz kainatı sürətli şəkildə izləmiş olacaqsınız. Gələcəyi izləmək kimi. Hələlik sonrasında nə olacağını bilmirik. Ancaq iki şeydən biri olacaq deyə düşünürük. Bir.      Hadisələr üfüqü keçib qara dəliyə daxil olacaqsınız və öləcəksiniz. Qara dəlik, hadisələr üfüqünü keçər-keçməz tək bir istiqamətin olacağı qədər, həddən artıq dərəcədə zaman-məkanı bükür. Hadisələr üfüqünün içərisində tək bir istiqamətdə irərliyə bilərsiz. Sanki çox dar bir keçiddə irərləyərkən, hər addımdan sonra arxanızda qapıların bağlanması kimi. Qara dəliyin kütləsi o qədər qatıdır ki, artıq bir neçə santimetrlik məsafələr belə, bədəninizin müxtəlif yerlərinə milyonlarla qat daha artıq təsir edəcəyi mənasına gəlir. Bu vəziyyətdə bədəniniz parça parça olacağ. Sonda isə sadəcə plazma axınına çevriləcəksiniz. İki.. həmin an ölərsiz. Hadisələr üfüqünü keçən kimi sanki bir alov divarına dəyəcəysiz və anında məhv olacaqsınız. Variantların ikisidə o qədərdə yaxşı deyil. Nə qədər müddətə öləcəyiniz qara dəliyin kütləsindən asılıdır. Kiçik bir qara dəlik sizi heç hadisələr üfüqünə yaxınlaşmadan öldürə bilər. Amma nəhəng qara dəliyin içərisində bir xeyli yol gedə bilərsiniz. Müxtəlif ölçüdə qara dəliklər mövcuddur. Günəş ölçüsündən tutmuş astreoid ölçüsünə qədər. Əlbəttə birdə hər bir qalaktikanın mərkəzində olan, milyonlarla il yaşı olan nəhəng qara dəliklər. Bilinən ən böyük superkütləli qara dəlik, günəşdən 40milyard qat böyük kütləyə sahib olan S50014 dür. Diametri isə 250 milyard kilometrdi.  Nəticə olaraq bir qara dəliyə girməyiniz heçdə yaxşı nəticələnməyəcək.

70 total views, 1 views today