Qarabasma və Dərin Yuxular

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Yuxu ilə real arasında olarkən üstünə ağırlığını salmış bir qaraltı məxluğun boğmasına qarabasma deyilir. Elmdə isə bu, yuxu iflici və ren yuxusu adlanır.

Qarabasma kimlər üçün gəlir ?

Qarabamalar əsasən, evdə tək olduğumuz zaman yatağa uzandıqda və özümüz xəbər tutmadan yuxuya getdikdə üstümüzə çökür və bizi boğmağa başlayır. Əlavə olaraq olduqca yorğun olduğumuz zaman da qarabasmanın gəlməsi qaçılmazdır.

Qarabasmadan necə qurtulmaq olar ?

Qarabasma zamanı səsimizi çıxarda bilmirik, sanki kimsə bizi danışmağa qoymur. Fikrinizi tam bir nöqtəyə yönləndirib var gücünüzlə barmaqlarınızı tərpədin, əgər bir barmaq belə hərəkətə gəlsə, qarabasmanın gücü getdikcə azalacaqdır.  Yer üzündə hər 10 insandan 8-i gün aşırı qarabasma görür.Qarabasma zamanı yuxuda olursun amma şüurunuz açıq olduğu üçün bir növ ayıq sayılırsınız.  Sanki üstünüzdə qara rəngli bir məxluq oturur və sizin qalxmağınıza mane olur. Nə gücünüz çatır, nə də qışqıra bilirsiniz.  Qaçmaq istəyirsən lakin yeriyə bilmirsən.  Qışqırırsan amma heç cürə səsiniz gəlmir. Tam boğulmaq üzrə olarkən birdən gözünüzü açırsız və dərindən rahat nəfəs alırsınız. Artıq nə qarabasma olur, nə də digər şeylər. Hər gecə bu qarabasma ilə qarşılaşan insanlar artıq gün keçdikcə yatmaqdan qorxmağa başlayırlar.  Bəzi uşaqlar bu qarabasmanı ayda 1-2 dəfə görürlər. Bəzi uşaqlar isə hər gün görür və artıq özünə, ətrafdakılara zərər verməyə başlayırlar. Bu uşaqlar qarabasma zamanı nə etdiklərini anlamırlar, özlərində olmurlar. Yeniyetməlik zamanı yuxuda gəzmək də qarabasmanın bir növüdür. Belə vəziyyətdə qorxaraq yuxudan ayılan uşaqlar çaşqınlıq içində olurlar və uzun müddət susurlar, sonra yenidən yuxuya gedirlər. Oyandıqda isə heçnə xatırlamırlar. Bəzi uşaqlar da qorxu filmi izlədikdən sonra, qorxulu hekayələrə qulaq asdıqdan sonra qarabasma ilə qarşılaşırlar. Qarabasmanın iki səbəbi vardır.

  1. Qan dövranını zəifləməsi
  2. Psixoloji gərginliklər

Qarabasmanın əlamətləri

Yuxudan oyanmağa saniyələr qalmış sinir sistemlərində olan iflicin nəticəsində qarabasma ortaya çıxır. Yuxu iflici olarkən, insan təkrar olaraq REM yusuxuna tam daxil olmadan və yaxud REM yuxusundan tam uzaqlaşmadan qarabasma kimi hadisələr baş verir. Bəzən yuxu iflici ilə bərabər hypnagogic halüsinasiyalar da olur. Bu qarabasmalar maksimum 2-3 saniyə davam edir. Lakin, biz bu saniyələri saat kimi qəbul edirik. Bəzən də bu saniyələr həqiqətən 4-5 saat ilə əvəz olunur. Qarabasma hansı hallarda baş verir ?

  1. Yatdıqdan 1 saat sonra qışqıraraq oyandıqda və yaxud yuxuda ağladıqda
  2. Ürəyiniz sıxılır və nəfəs alıb-vermək ağırlaşır.
  3. İnsanlar ilə söhbət edərkən üzünüzdə hər hansısa bir narahatlıq hiss edirlər.
  4. Yuxudan oyandıqda yuxunu xatırlamırsız.
  5. Yuxudan oyandıqda saatlarca yataqdan qalxa bilmirsiz.
  6. Bel üstü yatmaq
  7. Nizamsız yuxu saatları və az yuxu.
  8. Normadan artıq stress

 

69 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor