Quranda 1400 il əvvəl yazılmış həqiqətlər

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Kainatın yaranması – hər zaman elm adamları üçün maraqlı və ən çox danışılan mövzulardan biridir.  Tarixdə, bu mövzu haqqında minlərcə fərziyələr deyilib və zaman keçdikcə, elm inkişaf etdikcə bu fərziyələr çürüyüb arxivə düşübdür. Günü bu gün ən çox inanılan və elm tərəfindən məntiqlə qəbul edilən fərziyə Big Bangdır. Yəni, böyük partlayış! Big Bang – 13 milyad il əvvəl həddindən artıq isti və hərəkətli bir nöqtədən əmələ gəldiyi iddia edilir. İlk dəfə 1920-ci ildə riyaziyyatçısı Alexander Friedman və və Belçikalı fizikaçı Georges Lemaitre tərəfindən irəli sürülüb.  Kainatın bir başlanğıcı olduğunu deyən bu nəzəriyyə, müxtəlif isbatlar ilə dəstəkləndiyi üçün, elmd adamları və fizikaçılar arasında qəbul olunubdur. Big Bang nəzəriyyəsinə görə, kainat  genişlənmədən öncə çox sıx və isti idi.  Yəni, aləm tək bir hissədən ibarət idi!  Daha sonra BİG BANG adlanan partlayış nəticəsində, indiki vəziyyətinə gəldi. Elm adamlarının 19-cu əsrdə kəşf etdiyi bu fərziyyəni, Quran bizə 1400 il əvvəlcədən xəbər verib.  Beləki, Ənbiya surəsi 30-cü Ayətul Kürsüdə belə buyurulub:

  • O, inkar edənlər görmürlər ki, göylər ilə yerlər bir-biri ilə bitişik olduğu zaman biz onları ayırdıq və hər bir canlını sudan yaratdıq. Hələ də inanmırlar ?

Ayətul Kürsüdə, bir biri ilə bitişik olaraq tərcümə olunan söz “ Ratk “ sözüdür.  Ratk – bir biri ilə iç-içə, ayrılmaz və qaynaşmış mənasına gəlir. Yəni, tam olaraq bir bütünü formalaşdıran iki ayrı maddəni izah edən söz budur.  Ayətul Kürsüdə işlədilən “ Fatk “ sözü, ayırmaq mənasındadır. Ərəb dilində bu fe’l, bitişik olan iki cismi parçalayıb, ortaya çıxartmaq mənasına gəlir.  Məsələn, toxumun cücərib torpaqda yetişməsinə Fatk deyilir. İndi Ayətul Kürsüyə bir də qayıdaq. Ayətul Kürsüdə, yer ilə göyün birləşik, yəni RATK olduğundan bəhs edilir. Sonra isə bu iki cism FATK feli ilə ayrılır. Yəni, biri – digərini yarıb, xaric olunur. Həqiqətən də, BİG BANG partlayışından əvvəli düşündükdə, bütün maddələrin tək bir maddədə toplandığını görürük. Təsəvvür edin ki, düşündüyünüz hər bir şey bir maddədə yığılıb. Hətta, sonralar yaradılan göy ilə yer belə bu maddədədir. Yəni, Ayətuldə ifadə edilyi kimi, bir biri ilə iç-içə, RATK vəziyyətinə idilər. Daha sonra bu maddə şiddətli bir partlaış nəticəsində ayrıldı. Yəni, Quranda yazılmış FATK sözünün eynisi baş verdi. Budur, Quran bizə big bang haqqında məlumatı tam olaraq 1400 il əvvəl xəbər verir.

 

106 total views, 2 views today

Cavadov Asiman

Baş Redaktor

Bir cavab yazın