Reinkarnasiya nədir ?

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Reinkarnasiya latın sözü olub, mənası “yenidən dirilmə”, “ruhun bədənə təkrar qayıdışı” kimi mənaları bildirir.

Karma fəlsəfəsinin bir nəticəsi olaraq reankarnasiya – yəni bir insanın öldükdən sonra başqa bir bədənlə dünyaya təkrar gəldiyi – inamı Hind dinlərində çox köklü olaraq yerləşmişdir. Karma və reankarnasiya arasındakı əlaqə “Dinlər Tarixi” adlı kitabda belə açıqlanmaqdadır: “… Nəhayət, sizdən birinizə ölüm gəlib çatdığı zaman, elçilərimiz onun “həyatına son verirlər.

Karma doktrinasına bağlı olaraq Tenasuh, yəni ruhun bir bədəndən digərinə keçdiyi inamı yaranıb. Beləcə ölümdən sonra daimi var olma, ruhun bədəndən ayrı olduğu fikri inkişaf etdi. Bu inanca görə ruh öz dərəcəsi içində yüksək və ya alçaq olaraq yaranır. İnsan etdiklərinə görə heyvan, bitki, insan və ya tanrı şəklində doğulur. (Buna görə insan öz taleyinin memarıdır.) Bu yaranış, bir səbəb nəticə əlaqəsi içində baş verir. Mənəvi və əxlaqi qarşılıq, yəni edilənlərin nəticəsi ruhun düz mütənasibi ilə mümkün olur. Sonrakı həyatda xoşbəxt olmaq doğru hərəkətdən asılıdır. Hər bir şəxs öz işlərindən cavabdehdir. Ölümdən qorxmağa ehtiyac yoxdur. Daimi yenidən yaranışlarla insan arzularına çatır, daimi bir nəticə əldə edir. O, tanrı Brahmada yaşayır. Bu inancın Hindlidə qüvvətli bir nikbinliyə çıxartdığı irəli sürülür. 
Göründüyü kimi, Karmada axirət inancı yoxdur, bunun yerinə daimi ölüb, təkrar dünya həyatında eyni ruhla, lakin yeni bir bədənlə dirilmə inancı vardır. Bu fəlsəfədə diqqəti cəlb edən başqa bir şey insanın bir tanrı olaraq da dünyaya gələ biləcəyinə inanılmasıdır… 

İslamda Reinkarnasiya
İslam bunun əleyhinədir. Hesab edilir ki, reinkarnasiya məsələsi məhşər gününə, insanların bir yerə toplaşıb Allah qarşısında əməllərə görə hesabat verməyə aid inanışa çox böyük zərbə vurur. Hind fəlsəfəsində deyilir ki, hər bir insan paklanmaya qədər ruhu təkrar-təkrar dünyaya qayıdır, arınma prosesini keçə-keçə, nəhayət tam paklanmış vəziyyətdə cənnətə doğru yönəlir. Yəni cənnət Allahın mütləq mənada lütfünün hakim kəsildiyi bir fəza sistemi, cəhənnəm isə yaşadığımız dünyadır. Adəmin cənnətdən qovulması və yer üzünə göndərilməsini də misal çəkirlər. Yəni, o əgər cənnətdən qovularaq yer üzündə yaşamağa məhkum olunubsa, deməli, yer üzündəki həyatın özü cəhənnəm timsallı bir ömür möhlətidir.

Xristianlıqda Reinkarnasiya
Xristianların çox hissəsi buna inanır,amma xristianların 24% -i reinkarnasiyaya inandıqlarını bildiriblər…
Dünyanın ən tanınmış filosoflarının əksəriyyəti bu fəlsəfi anlayışı qəbul ediblər, bəziləri isə mümkün olma ehtimalı ilə razılaşıblar. Bir çox alimlər də əksinə heç cür bu prosesi qəbul etmirlər. Sübut üçün təqdim olunan faktlar, yazılar, əsərlər və s.

Bunu da qeyd etmək istəyirəm ki, ruhun təkamülü eyniylə bədənin təkamülündə də özünü göstərir. Karma fəlsəfəsinə görə əgər öncələri heyvan olaraq ruhunuz dünyada var olubsa növbəti dönüş bədənsəl olaraq bir bitki kimi olmayacaq. İnsan görünümdə yaşam sürüb ruhsal olaraq təkamülünüz tamamlanmayıbsa növbəti gəlişiniz heyvan görünümündə olmayacaq.

Odin.az

93 total views, 2 views today

Cavadov Asiman

Baş Redaktor

Bir cavab yazın