Türkiyədə Rus Səfiri Öldürüldü, Aləm bir birinə qarışdı

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Rusiyanın Ankara səfiri Andrey Karlova təşkil edilən sui-qəsd haqqında Daxili İşlər naziri Süleyman Soylu mediaya açıqlama verib. Rus səfirinə sui-qəsd təşkil edən şəxs, 1994-cü il təvəllüdlü Mevlüt Mert Altıntaşdır. Mevlüt Ankara Çevik Polisi idi. Hadisədən sonra Mevlütün evində axtarış edilib, anası və bacısı polis bölməsinə aparılıb. Rusiya səfiri Andrey Karlov’un Ankarada silahlı hücum nəticəsində öldürülməsinə dair, Daxili İşlər naziri Süleyman Soylu Güvən Xəstəxanası qarşısında hücumla bağlı çıxış edib: ” Bu gün Çankaya Bələdiyyəsi, Müasir Sənətlər Mərkəzində, rəsm sərgisində Rusiya səfiri cənab Andrey Karlov’un danışması əsnasında silahlı bir hücum baş verdi və cənab Andrey Karlov öldürüldü. Hadisə zamanı dərhal Güvən Xəstəxanasına aparıldı. Təxminən saat 19:53 olardı. Həyatda qalma şansı az olsa da, son nəfəsinə qədər bizim həkimlər ona əllərindən gələn yardımı etməyə çalışdılar. Lakin, təəsüf ki, dəyərli və çox hörmətli dostumuz, Rusiya səfiri vəfat etdi. Onun ailəsinə baş sağlığı veririk və bütün ağrılarını ürəkdən paylaşırıq. Allah rəhmət eləsin deyirik. “

– Hadisə baş verdiyi dərhal xüsusi təyinnatlılara xəbər verildi. Az keçmədən terrorçu ilə xüsusi təyinatlılar arasında atışma baş verdi və nəticədə cani qatil öldürüldü. Son olaraq daxili işlər nazirliyi bildiriş edib ki, ” Bilinməlidir ki bu sui-qəsd bizi və ölkəmizi dərindən üzdü. Bu hadisəyə görə təkrar olaraq, həm Rusiya Federasiyasına, və eyni zamanda qiymətli ailəsinə başsağlığı diləklərimizi təkrar olaraq çatdırırıq. Təbii ki, bu hadisə Rusiya mediasını da silkələdi. Putinin bu sözü Rusiya mediasında sloqana çevrildi: ” Putin deyir ki, bu çox alçaq bir sui-qəsddir “. Bu hadisədən sonra Putin açıqlama verib ki, Rusiyada olan terrora əleyhinə orqanları daha da gücləndirilmiş rejimə keçirdəcək. Son söz olaraq bildirib ki, bu sui-qəsd hadisəsi, Rusiya ilə Türkiyə arasında olan yoldaşlığıa ləkə gətirmək üçün atılmış bir alçaq addımdır.

115 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor