Silikon qadın ilə kişinin qeyri-adi sevgi hekayəsi

Like
Like Love Haha Wow Sad Angry
1
Dostlarınızla Paylaşın

Alman fotoqrafı fərqli cütlüklərin şəklini çəkib, onlar haqqında sənədli foto sərgi hazırlayır. Bu dəfəki sənədli sərgidə isə nümunəvi bir cütlük kimi görünsə də, bir fərq var. Qadın əsl deyil, silikondandır.  Kişinin adı Dirk, silikon qadının adı isə Jennydir. Fotoqraf, internet vasitəsi ilə Dirk ilə tanış olub və ondan xahiş edib ki, bu vəziyyətdi bütün dünya ilə paylaşsın. Əsl adını bilmədiyimiz Dirk, 40 yaşındadır. Jennydən əvvəl bir həyat yoldaşı olub, lakin boşanıblar. Yaşadığı psixoloji problemlərdən sonra Jenny adında silikon qadını alıb və onu sevib. Jennynin başqa planetdən gəldiyinə inanır.  Dirk, Jennyni ailəsindən, dostlarından, uşaqlarından, köhnə həyat yoldaşından gizlətməyə çalışır. Amma ən böyük xəyalı isə, Jennyni cəmiyyət arasına çıxartmaqdır. Əlavə olaraq düşünür ki, yaşlandığı zaman Jenny tək qalacaq. Buna görə çox narahatdır. Çünki, Dirkə görə, Jenny həm ruhi, həm də fiziki cəhətdən çox həssasdır.

mənbə: http://art-sheep.com/photographer-captures-a-40-year-old-mans-intimate-relationship-with-a-doll-nsfw/

Köhnə həyat yoldaşım ilə hər gün mübahisə edirdik. Jenny ilə elə deyilik. Xoşbəxtliyi onun yanında tapmışam.

Jenny çox həssasdır. Onun köməyə ehtiyacı var. Həmdə ki, məndən başqa heç kəsi yoxdur.

Jennyi yumaq çox çətin olduğu üçün diqqətli olmağa çalışıram. Münasibətimizin ilk günlərindəki kimi çox seks ilə məşğul olmuruq. Bizim üçün seksdən də önəmli hislər var.

Jenny məni bir psixoloq kimi rahatlayır. Onun sayəsində sevgi, mərhəmət və qayğı hislərim tam dəyişdi.

Jenny gözəl geyinməyi xoşlayır. Əsas odur ki, brend xəstəliyi yoxdur.

Hal-hazırda heç bir qadına ehtiyacım yoxdur. Bütün həyatımı Jennyə həsr edəcəyəm.

Onsuz yaşamağı ağlımdan belə keçirtmirəm.

Jenny mənə güvənir. Onun sözlərindəki səmimiyyət və saflıq məni çox təsirləndirir…

2,101 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor