Sirli şəkildə yoxa çıxan insanlar

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Bəzi insanlar öz ölümləri ilə yaddaşlarda qalmağı bacarırlar. Bilinməyən şəkildə qeyb olan bu adamlar, insanın içində soyuğ bir qorxu  hissi yaradır. və hamı, “mənim başıma gəlməz” deyib keçir…

1-Maura Murray

9 fevral 2004-cü il.21 yaşlı Maura oxuduğu universitetin müəllimlərinə və müdürünə mail ataraq`ailəsindən birinin öldüyünü və bu səbəblə bir neçə gün olmayacağını söyləmişdi.Lakin sonradan aparılan araşdırmalara görə belə bir hadisənin baş verilmədiyi ortaya çıxdı.O, həmin günü avtomobili vasitəsiylə qəza etmiş ve bu qəzadan sağ çıxmışdır.Mauraya bir avtobus sürücüsü yaxınlaşaraq polisə ehtiyacı olub olmadığını soruşdu.Lakin Maura ona rəd cavabı verdi.Buna baxmayaraq sürücü yaxınlıqda olan bir yol telefonu vasitəsiylə polis çağırdı.Ancaq polis gəldiyi zaman Maura qeyb olmuşdu.Hadisə baş verən ərazidə nə ayaq izi,nə də kimdənsə ona gələbiləcək hər hansısa bir zərbədən qorunmaq üçün mübarizə izləri tapılmamışdlr.Bu səbəblə ehtimal olunur ki Maura başqa birisinin maşınına minərək getmişdir.Bir neçə gündən sonra Mauranın nişanlısı, Mauradan gəlməsi ehtimal olunan bir səsli ismarıcın gəldiyini bildirmişdi.Lakin ismarıcda olan tək şey hıçqıraraq gələn ağlama səsi idi.Maura qeyb olunmasından əvvəl özünü qəribə aparsada,ailəsi onun bilərəkdə  yox olduğunu düşünmür.Başına gələcəyi hər hansısa bir hadisə haqqında hələdə bir ipucu tapılmamaqdadır.

2-Brandon Swanson.

19 yaşındaki Brandon `14 may 2008-ci ildə doğulduğu yerə qayıdarkən yolda bir xəndəyə düşərək qəzaya uğrayır. Atasına zəng edərək kömək istədi.Valideyinləri onun köməyinə gəldiyi zaman Brandon orada yox idi.Atası ona zəng edərək harada olduğunu soruşdu.Brandon atasına yaxınlarda olduğunu və harasa getməyə çalışdığını söylədi.Bu zaman Brandon bir anda söyüş söydü və bundan sonra telefon bağlantısı kəsildi.Atası dəfələrlə ona zəng etməsinə baxmayaraq ondan xəbər ala bilmədi.Polislər Brandonun maşınını tapsalarda, gəncin nə yerini nə də telefonunu tapa bilmədi. Ehtimallardan biri onun yıxılaraq çaya düşdüyü və orada boğulduğunu bildirir.Araşdırmalar aparılsada bir nəticə verməmişdir.Telefonda nəyə görə söyüş söydüyünü isə heç kəs bilmir.Atasının isə onun tərəfindən eşitdiyi son söz, həmin söyüş  olmuşdur.

3-Michael Negrete

10 dekabr 1999-cu il.Gecə saat 4-də 18 yaşlı Michael bütün gecə dostlarıyla oyun oynadıqdan sonra kompyuterini bağlayır.Səhər saat 9-da ev yoldaşı oyandığı zaman,Michaelin getdiyini ancaq açarları və pul kisəsi daxil olmaqla bütün əşyalarının evdə olduğunu gördü.Onu o gündən sonra heç kəs görmədi.İşin qəribə tərəfi isə Michaelin ayaqqabılarının belə otaqda olması idi.Aparılan araşdırmalarda itlər,binadan bir iki kilometr uzaqlıqda Michaelin qoxusunu aldılar.Ağıllarda belə bir sual yaranır.Michael bu qədər yolu ayaqyalın gedə bilərdimi?.Şübhə doğuran məqam isə səhər saat 4;35 də bina içərisində görülən və kim olduğu bəlli olmayan adamın olmasıdır. Könüllü olaraq getməsi düşünülməyən Michaeldən 10 ildən çoxdurku bir xəbər yoxdu.

4-Berzinin Müəmması

2005-ci ilin iyul ayında, Latviyanın paytaxtı Riqa şəhərinin sakini, 35 yaşlı mühəndis Edvard Berzin çörək almaq üçün yaşadığı evdən çıxdı. Çörək mağazası ilə onun evi arasındakı məsafə 50 metr idi. Amma üstündən 3 saatdan da artıq vaxt ötməsinə baxmayaraq, Berzin hələdə evə qayıtmamışdı. Dərhal bununla bağlı polisə məlumat verildi. Polis isə bütün şübhəliləri nəzarət altına aldı. Küçəy giriş və çıxış nəzarətə götürüldü. Buna baxmayaraq, Berzini heç kim görməmişdi. Sanki belə bir adam əvvəlcədən yox imiş. Berzin çörək dalınca evdən çıxarkən hələ gün batmamışdı və hava da olduqca günəşli idi. Ona görə də Berzinin küçəni keçərkən hansısa maşın tərəfindən vurulması və ya mübahisə nəticəsində öldürülməsi barədə irəli sürülən ehtimallar polis tərəfindən ciddi qəbul edilmədi. Çünki belə bir iş olsaydı, baş verən hadisənin şahidləri mütləq olardı. Digər tərəfdən də, Berzin olduqca mülayimxasiyyətli və hamı ilə dil tapmağı bacaran biri idi. Polis bu hadisəni izah edə bilməyərək çaşıb qaldığı bir vaxtda, gözlənilmədən Berzinin qonşusu polisə müraciət etdi. O, Berzinin yoxa çıxmasını 12 yaşlı oğlu İnqmarın  gördüyünü dedi. Polis dərhal İnqmarı sorğu-suala tutdu. Məlum oldu ki, çörək mağazasından bir neçə metr aralıdakı bağda velosiped sürən İnqmar hər gün rastlaşdığı Edvard dayının ona tərəf gəldiyini görərək, onunla salamlaşmaq istəyib. Amma İnqmarın salamı ağzında qalıb. O, Edvard dayının yavaş-yavaş havaya qalxdığını görüb. İnqmarın dediyinə görə, sanki Edvard dayı havada buxarlanırdı. Polis, əvvəlcə, İnqmarın söylədiklərinə şübhə ilə yanaşdı. Çünki İnqmarın valideynləri hadisə barədə polisə gec məlumat vermişdilər. Amma valideynlər bunun səbəbini uşağın söylədiklərinə inanmadıqları və axtarışların sonunu gözlədikləri ilə izah etdilər. Buna baxmayaraq, polis Berzinin ölümündə İnqmarın valideynlərindən şübhələnərək, onlar barədə dərhal təhqiqata başladı. Amma Berzin yoxa çıxdığı vaxt şübhə altına düşən qonşular işdə olmuşdular və baş verən müəmmalı hadisədə onların əli olması inandırıcı görünmürdü. Nəhayət, İnqmarın Berzinin yoxa çıxması ilə bağlı söylədiklərinin həqiqətə uyğun olub-olmamasını yoxlamaq üçün həmin vaxt bağda istirahət edən digər uşaqlar da sorğu-suala tutuldular. Məlum oldu ki, daha bir neçə uşaq Edvard dayının müəmmalı şəkildə havada yoxa çıxmasının şahidi olub  və bu barədə evdə valideynlərinə danışıblar. Lakin polisdə lüzumsuz sorğu-suala cəlb edilməmək və şübhə altına düşməmək üçün uşaqların valideynləri susmağa üstünlük veriblər. Beləliklə, Edvard dayının sirli şəkildə havada yoxa çıxması təsdiqləndi. Məsələni araşdırmaq üçün prosesə cəlb edilən tanınmış tədqiqatçılar isə belə hadisələrin hər il baş verdiyini və bunun səbəbinin izahı olmadığını bildirdilər.
Analoji hadisə ötən il Kanadanın Kvenk əyalətində baş verib. Əyalətdəki fermerlərdən biri inəkləri su içmələri üçün yaxındakı çaya aparıb. Bir azdan inəklər geri qayıdıb, fermerdən isə səs-soraq çıxmayıb. Fermerin övladları dərhal axtarışa başlayıblar. Fermer, Naməlum bir səbəbdən yaxınlıqdakı təpəyə qalxıb və qeyb olmuşdu. Təpənin üstündə fermerin ayaq izləri və bir də telefonu qalmışdı. Lakin texniki cəhətdən heç bir problemi olmamasına baxmayaraq, telefonunu işə salmaq mümkün olmadı. Çayın dayaz  olması fermerin suda boğulmasının qeyri-mümkün olduğunu göstərirdi. Hadisə yerinə iz axtaran xüsusi itlər gətirildi. İtlər təpənin üstünə qədər gedərək burada izi itirdilər və sonra onlar ətraf havanı qoxulayaraq zingildəməyə başladılar. Belə başa düşmək olar ki, kanadalı fermer də Berzinşin taleyini yaşayıb.

Müəmmalı yoxaçıxmalar bunlarlada bitmir….
 Keçmiş SSRİ-də təkcə ötən əsrin 70-80-ci illərində 85 min nəfər müəmmalı şəkildə yoxa çıxmışdı. Araşdırmalar zamanı insanların yoxa çıxmalarına sirrli, qəribə hadisələrin səbəb olduğu aşkar edilmişdir. Amma o vaxt SSRİ-də bunlarla bağlı susmağa üstünlük verilirdi. Çünki Moskvada belə hadisələr barədə yayılan məlumatların ölkə daxilində həyəcan doğura biləcəyindən ehtiyat edirdilər. Məsələn, 1973-cü ildə leninqradlı üç tələbə Krımda istirahət edərkən müəmmalı şəkildə yoxa çıxdı. Tələbələr kirayədə qaldıqları evdən çıxaraq yaxındakı dayanacaqda onları gözləyən qızlarla görüşməli idilər. Amma qızlar nə qədər gözləsələr də, tələbələr gəlib çıxmadılar. Onların necə yoxa çıxdıqları bu günə kimi sirr olaraq qalır. Digər oxşar hadisə 1965-ci ildə amerikalı texnik Karl Robertlə əlaqədar baş vermişdi. Antarktidadakı elmi tədqiqat stansiyalarından birində işləyən 26 yaşlı Diş mayın 7-də barakdan çıxaraq yaxınlıqdakı digər baraka getmək istədi. Barakdan çıxmazdan əvvəl, o bu barədə radio  ilə dostlarına məlumat verdi. Amma Karl bir neçə dəqiqəlik məsafədə olan qonşu stansiyaya gedib çıxa bilmədi. Dərhal ABŞ hərbi hava qüvvələri axtarışa cəlb edildi. Lakin bir neçə həftə davam edən axtarış heç bir nəticə vermədi. Yeri gəlmişkən, qeyd edək ki, insanların müəmmalı şəkildə yoxa çıxdıqları bir neçə təhlükəli ərazilər var. Onlardan biri ABŞ-ın Kaliforniya ştatındakı meşə ” Massivi ” hesab edilir. 280 min hektar ərazisi olan bu massivdə  dəfələrlə insanlar yoxa çıxıblar. Şahidlərin söylədiklərinə görə, hər 4-5 ildən bir massivdə istirahət edənlərdən kimsə göz qabağındaca yoxa çıxır. Hələlik, alimlər belə hesab edirlər ki, müəmmalı şəkildə yoxa çıxanlar bizə məlum olmayan və ya bizə paralel olan digər zonalara düşürlər. Belə ehtimal edilir ki, hansısa məqamda paralel şəkildə fəaliyyət göstərən zonaya tunel açılır və insanlar bu tunel tərəfindən sovrulurlar.

177 total views, 5 views today

Cavadov Asiman

Baş Redaktor

Bir cavab yazın