Sirri Açıqlana Bilməyən 4 Hadisə

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

 1) Tunquska partlayışı

30 iyun 1908 cu il saat 07:15 də Rusiyanın Sibir ərazisində, Tunquska çayı səmalarında böyük bir partlayış oldu. Bu partlayış eyni bir atom bombası partlayışına bənzəyirdi. Partlayışın baş verdiyi 30kilometr ərazidə insanlar yaşamırdı. Sıx meşə ilə örtülü bu ərazidəki ağaclar tamamilə yandı. Bu sahənin kənarında yaşayan və Monqollara bənzəyən köçəri Tunqus insanları partlayışla birlikdə ətraf ərazilərə səpələndilər. Yaranan güclü külək bütün çadırları uçurdu . Partlayışdan qaynaqlanan həddindən artıq istilik Tunqusların istifadə etdikləri metal əşyalarını əritdi. İstinin Təsirin daha çox olduğu yerlərdə yaşayan bütün heyvanlar məhv oldu. Ərazidə aparılan axtarışlarda partlayış nöqtəsinin ətrafındaki bitkilərin sürətlə böyüdüyünü gördülər. Zəlzələ ölçən cihazlar, eyni gün bütün Avropada seysmik dalğaların olduğunu göstərdilər. Dünyanın maqnit sahəsində dəyişikliklər olduğu ortaya çıxdı.Hadisənin olduğu günün hesabatlarda gecənin normala görə 100 dəfə daha çox parlaq olduğu və şimal istiqamətində, göy üzündə alov parıltısı kimi işıqların görüldüyü söylənildi. Bu hadisənin, öz qəribə icadları ilə dünyaya səs salan, məşhur alim Nikola Tesla ilə bağlı ola biləcəyi düşünülür. Teslanın sınaqdan keçirdiyi hansısa bir eksprement, bu partlayışa səbəb olub.

  • 2) Hum Uğultusu 

Dünyanın fərqli ərazilərində və xususi ilə kiçik kəndlərdə gecələr ortaya çıxan bir uğultu təsiri altına saldığı insanları dəli elədi.
İlgiliscə Hum olaraq tanımlanan uğultu, dünyanın ən əsrarəngiz hadisələrindən biri olduğu kimi, insanları intihara sürükləyən bir işgəncə halına çevrilmişdi. Ümumiyyətlə kiçik vahidlərində gecələri eşidilməyə başlayan uğultu dünyanın bir çox yerində minlərlə insanın əsəbini tükənmə nöqtəsinə gətirdi. İngiltərənin Bristol kəndi, amerikanın New Mexico əyaləti Taos və Şotlandiyanın Largs qəsəbəsi Hum əziyəti çəkən ərazilərdən sadəcə bir neçəsidir.
Alimlərin illərdir gedən araşdırmalarına baxmayaraq sirli uğultunun niyə sadəcə müəyyən sahədə, insanların müəyyən bir qismini təsiri altına saldığını hələdə sirr olaraq qalır. İlk olaraq 1950 ci illərdə xəbərləri gəlməyə başlıyan gəmüəmmalı uğultu, sonrakı illərdə daha çox insan məskəni olan ərazilərdə eşidilməyə başladı. İşin qərib yanı budur ki heç bir səs yazma metodu ilə bu səsi eşidmək mümkün olmurdu. Yalnız insan qulağı bu səsi eşidirdi.

  • 3) Yaşıl rəngli uşaqlar

1100-cü illərdə, Kral Stephenin dövründə kiçik bir qəsəbə yaxınlarında iki  yaşıl uşaq tapılmışdır. Heç kimsə dillərini anlamırdı. Qəsəbənin Hakimi olan Richard-ın evinə apardıqlarında hər ikisi çarəsizlik içində ağlayırdılar. Qarşılarına qoyulan çörək və digər yeməklərin heç birinə toxunmadılar. Daha sonra qız uşağının dediyinə görə bunlar yaşanarkən az qala öləcək qədər ac imişlər. Biraz iləridə olan paxlaların içini açaraq yedilər. Bunun üzərinə yanlarına yeni paxlalar gətirildi və içindəkilər verildi. Bunlar böyük bir iştahla paxlaları yedilər. Bundan sonrada başqa bir şey yemədilər. Oğlan uşağı olduqca halsız dayanıb və ürkək davranırdı. O, qısa bir zaman içində  öldü. Qız uşağının sağlamlığı getdikcə yaxşıya gedir, fərqli yeməklər yeyir, zamanla dərisi yaşıl rəngini itirirdi.
Qız ingilis dilini öyrənəndə, haradan gəldikləri barədə soruşulanda bütün yaşayanların yaşıl dərili və günəşi olmayan bir yeri təsvir etmişdir. Böyük bir mağara içində gəzdiklərində oğlan uşağı ilə birlikdə oradan ayrıldıqlarını, günəşin şüası kimi nəyinsə işıq saçdığını və mağaradan uzaqlaşdıqlarını sonda yer kürəsinə tərəf gəldiklərini danışdı.

  • 4)Toksik Qadın 

19 Fevral 1994 ci ilin axşamı Gloria Ramirezin səhhətinin pisləşməsi üzərinə, yoldaşı təcili xəstəxanaya zəng etdi. Gloria nın ürəyi nizamsız döyünürdü və nəfəs alıb verməsi çətinləşmişdi. River xəstəxanasının işçiləri Gloriyanı xəstəxanaya gətirib müdaxilə etməyə başladılar. Tibb bacısı Gloria Rmirezin qolundan qan aldı. Tibb Bacısının aldığı qandan biraz qeyri adi iy gəlirdi. Bütün xəstəxanın işçiləri bu hadisəni həll edə bilmək üçün qanı iyləməyə başladılar. Qandan ammonyak qoxusu hiss edənlər vardı. Ramirezin həkimi Mark, Şpristi işığa tərəf tutanda vəziyyətin fərqinə vardı. Qanda sarı kristallar gəzirdi. Bu anda isə Gloria Ramirez in vəziyyəti ağırlaşdı və ürəyinə elektroşok verildi. Birdən Gloria ilə məşğul olan tibb bacısı “Gözüm yaşarır, üzüm yanır” deməyə başladı. Sonrasında Gloria ilə məşğul olan digər bir tibb bacısı daha öncə heç qarşılaşmadığı bir şey görürdü. Gloria nın bədənindən yaşıl rəngli bir yağ gəlirdi. Kimisi işçilərin meyvə kimi iy gəlir dediyi,  bəzilərinin isə sarımsaq iyi gəlir dediyi bu yaşıl yağ, Glorianın boynundan aşağı axırdı. Bu səfər bir başqa həkim daha da vəzyətinin pisləşməsi səbəbindən bayıra çıxarıldı. Xəstəxana çalışanları , yanğın söndürən və polisləri gözlüyərkən bir başqa tibb bacısı daha pisləşdi və Gloria Ramirez vəfat etdi. Baş həkim həyacanla “Çölə çıxın burada zəhərlənirik” dedi. 36 dəqiqədə xəstəxana işçiləri və xəstələri olmaq üzərə 23 nəfər zərər görmüşdü. Hava keçirməyən xüsusi geyimlə xəstəxana otağına girən mütəxəssislərin etdikləri testə görə havada zəhər yox idi. Heç bir nöqtələrini açıqda buraxmayan paltarlar geyinərək autopsiya edən həkimlər belə zəhərlənmişdi. Bu hadisədən sonra xəstəxana ərazisi karantinə alındı. Və günü bu günə qədər belə oraya giriş yoxdur.

 

132 total views, 3 views today

Cavadov Asiman

Baş Redaktor

Bir cavab yazın