Şizofreniya nədir?

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Şizofreniya nədir ?

Şizofreniya – düşüncə prosesindəki problemlər və zəif, emosional cavablarla xarakterizə olunan əqli xəstəlikdir. Ümumi simptomlar paranoid, eşitmə hallusinasiyaları, nitqdə əks olunan düşüncə pozğunluğu və əqli çatışmamazlığın da daxil olduğu yanılmalardır. İlkin səciyyəvi simptomlar gənc yaşlarda özünü göstərir. Diaqnoz müşahidə olunan davranışlara və xəstənin şikayət etdiyi təcrübələrə əsaslanır. Genetik faktor, ətraf mühit, nevrobiologiya, psixi və sosial proseslər köməkçi amillər hesab edilir. Bəzi reseptsizvə ya reseptlə istifadə edilən dərmanlar da simptomların artmasına səbəb ola bilər. Heç bir izolyasiya edilmiş üzv tapılmasa da hazırki araşdırmalar nevrobiologiya üzərində cəmləşib. Xəstəliyin ən sıx təzahürləri eşitmə qarabasmaları, paranoik və ya fantastik sayıqlama və ya sosial disfunksiyanın fonunda nitqin (danışığın) və düşüncənin, işləmək qabiliyyətinin pozulması. Kişilərin və qadınların xəstəliyə tutulma sayı təxminən eynidir. Lakin belə bir tendensiya var ki, qadınlarda xəstəliyin başlanğıcı kişilərə nisbətən gec baş verir. Müalicənin əsası ilk öncə dopaminin (bəzən serotinin) reseptor fəaliyyətinin qarşısını alan antipsixi müalicədir. Psixoterapiya, peşə, sosial rehabilitasiyası da müalicədə əhəmiyyətlidir. Özünə və başqalarına xəsarət yetirmə halları olanda ilk dəfədən fərqli olaraq xəstənin qısa müddət xəstəxana qalmasına baxmayaraq o, mütləq xəstəxanaya yerləşdirirlir. Bu xəstəliyin əsasən şüura təsir etdiyi düşünülür, amma bu,davranış və emosiyalarda xroniki problemlərə səbəb olur. Şizofreniyalı xəstələrdə bundan başqa depresiya və narahatlıq olur. Şizofreniyalı xəstələrdə hallusinasiya (adətən səs eşitmə), yanılmalar (təbiətdə qəribəliklər və izlənmələr), şüur və nitq pozğunluğu müşahidə olunur. Digər ağır hallarda fikir yayınması, qeyri ardıcıl sözlər və ya mənaca sıx bağlı olmayan cümlələrin işlədilməli halları da olur. Sosial mühitdən uzaqlaşma, geyimlərin səliqəsizliyi və gigiyenası, ruh düşkünlüyü və ittiham etmə şizofreniya üçün ümumi səciyyəvi xüsusiyyətlərdir. Paranoidin simptomlarından olan qavrama pozğunluğu şizofreniyayla əlaqəlidir; sosial mühitdən təcrid olunma da baş verir.İşləmək, yaddaş, diqqət, icraedici funksiyalar və proseslərin sürətində çətinliklərə də tez-tez rast gəlinir. Belə insanlarda uzun müddətli susqunluq, qəribə vəziyyətlərdə hərəkətsiz qalmaq, məqsədsiz hərəkətlilik və ya katatoniyanın bütün əlamətlərinə rast gəlinə bilər. 30-50% insanlar şizofreniya olduğunu qavramırlar, başqa sözlə ifadə etsək onlar bu situasiyanı və müalicəni qəbul etmirlər. Müalicənin qavramaya müəyyən təsiri ola bilər. Şizofreniyalı insanlarda üz ifadələrinə az rast gəlinir. Şizofreniya tez-tez müsbət və mənfi (və ya çatışmamazlıq) simptomlarla təsvir olunur. Müsbət simptomlar şizofreniyalı xəstələrdə olur, amma çox adam bunu hiss etmir. Yanılmalar, nitq və şüur pozuntusu, hiss etmə, eşitmə, görmə, iybilmə, dadbilmə hallusinasiyaları psixozun göstəricilərinə daxildir. Hallusinasiyalar adətən yanılmaların məzmunu ilə əlaqəli olur. Müsbət simptomlar adətən müalicəyə yaxşı cavab verir. Mənfi simptomlar adi emosional cavabların, digər düşüncə proseslərinin çatışmamazlıqlardır və müalicəyə müsbət cavab vermir. Onlara qəti və kobud təsirli emosiyalar, nitq pozğunluğu (afaziya), həzz almama (anhedoniya), münasibət qurma istəksizliyi (asosiallıq) və motivasiya azlığı (avolisiya) daxildir. Araşdırmalar göstərir ki, mənfi simptomlar həyat keyfiyyətinin aşağı salınmasına, fiziki əlilliyə gətirib çıxarır və müsbət simptomlardan daha çox yüklənmə olur. Mənfi simptomların daşıyıcılarının xəstəlik başlamamışdan əvvəl yüngülvar nizamlama tarixləri olur və mualicəyə cavab məhdudlaşır. Gec və ya erkən yetkinlik şizofreniyanın başlanğıcı üçün əhəmiyyətli mərhələdir. Bu yaxınlarda şizofreniyanın inkişafını ləngitmək üçün xəstəliyin ilkin mərhələsini (ilk simptomlardan 30ayadək aşkar olunan) müəyyənləşdirmə və müalicəsi ilə əlaqədar bir çox işlər görülmüşdür.Şizofreniya diaqnozlu qadınların 23%-i, kişilərin isə 40%-ində bu hal 19 yaşından əvvəl özünü büruzə vermişdir. Şizofreniyanın inkişafı davam edirsə əvvəlki dövrdə həmin insanlarda müvəqqəti psixotik simptomlar və sosial mühitdən uzaqlaşma, həyəcan, disforiya və kobudluğun qeyri spesifik simptomları müşahidə oluna bilər.

 

67 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor

Bir cavab yazın