Slenderman Kimdir?

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Slenderman adının mənası bizim dildə “ Qamətli Adam” deməkdir. Paranormal qorxu personajı olan bu varlıq, ilk dəfə  Something Afwul saytında insanlara tanıtdırılmışdır. Daha sonra bu personaj məhşurlaşaraq bir çox video oyunlarda yer aldı. Onun bir insan olduğu deyilir və hətta adı Danildir. İdmançıdır, bir çox döyüşlərdə iştirak edib. Bir müddət sonra Slendermanının real olduğu ortaya çıxır. Deyirlər ki, Slenderman bir çox cinayət törədir və arxasında heç bir iz qoymur. Bizdə belə bir sual yaranır: Niyə məhs qorxu və paranormal personajlar arasında Slenderman reala çevrilir? Səbəb isə, onun insana oxşamasıdır, geyimi sadəcə qara kostyum, altdan ağ köynək, başı isə keçəldir. Qurbanlarını günlərcə kənardan izləyir, sonra oğurlayıb öldürür. Ən maraqlısı isə, qurbanları uşaqlardır və hər öldürdüyü uşağa görə,ömrü biraz daha uzanır. Buradan belə qənaitə gəlirik ki, Slenderman qurbanlarını yalnız və yalnız həyatda qalmaq üçün öldürür. Slenderman xarici görünüşdən insana bənzəsə də, istədiyi vaxt əlləri və ayaqları elastik formada uzana bilir. Sifəti isə yoxdur. Slendermanın olduğu ərazidə səsini və yaxud videosunu çəkmək istəyəndə həmin cihaz xarab olur. Səs yazılarkən bilinməyən bir səbəbdən, səsə interşumlar düşür. Şəkil və videolarda isə disnetlik olur. İndi düşünəcəksiniz ki, əgər belədirsə, bəs bu videoda olan şəkillər necə çəkilib? Biz bu videoda Slendermanın real olduğunu iddia etmirik, sadəcə internetdə araşdırıb, topladığımız məlumatları sizə təqdim edirik. Təbii ki, biz də düşünürük ki, Slenderman sadəcə mistik bir oyun qəhrəmanıdır.

 

64 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor

Bir cavab yazın