Smith Ailəsi – Bir Qətlin Tarixçəsi

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Smith Ailəsinin əsrarəngiz sonu

Bilməyən, qeyri-adi hadisələrə inanırsınızmı? Yoxsa, “Kainatda təbiətüstü heç bir hadisə yoxdur” deyənlərdənsinizmi? Tarixin ən müəmmalı hadislərinə ev sahibliyi edən Clinton küçəsində yerləşən sirr dolu bir evdə yaşayanların başına gələnlər sizə olduqca maraqlı gələcək. Hər şey 1878 ci ilin yanvar ayında, insanın içini donduran soyuğ bir gecədə başladı: Edvard F.Smit adlı bir adam evində qəribə hadisələrin baş verməsi iddiası ilə polisə gedir. Bu arada Smit bu cür mistik hadisələrə inanmadığını deyən biri idi. Smit polis bölməsində hadisə ilə bağlı bütün hadisələri danışır. O gecəyi növbətçi polislərdən biri belə danışmışdı: “Gecə növbəsində ikən bir adam gəldi. Gözləri qan çanağına dönmüşdü. İçəri girən kimi ilk dediyi sözlər “Kömək edin!!. Biri bizə kömək etməlidir!!!” olmuşdu. Bəs,bu evdə nələr baş verirdi? Edvard verdiyi ifadədə kiminsə tez-tez qapısının zəngini çaldığını deyirdi. O nə qədər qaçıb bunu edənin kim olduğunu görmək istəsədə,heç vaxt alınmırdı. Üstəlik bəzən kimsə qapını var gücü ilə döyməyə başlayırdı.

Amma işlər bununla bitmirdi..  Çünki, daha qorxunc bəzi hadisələr var. Salon ilə mətbəxi ayıran yekə ağır qapılar var idi. Ancağ bu qapılar gecə inanılmaz səsküylü şəkildə tərpədilirdi. Polislər bu hadisəyə inanmamışdılar lakin, smitə yazıqları gəldiyi üçün xəfiyyə Prays və bir neçə polis evi araşdırmağa geddilər. Xəfiyyə və polislər smitin evinə çatır və qapı zəngini yoxlayırlar. Hər şey qaydasındadır. İlk öncə hadisələrin təkrarlanacağını yoxlamaq üçün növbəyə dayandılar.

 Hamı yerini aldıqdan sonra, həftələrdir təkrarlanan hadisə yenə baş verir və qapı zəngi çalınır. Soyuğ bir baxışla hamı donuq şəkildə bir birini izləyir. Qapıda növbədə duran polis qapını həmin dəqiqə açır.. Qarşılaşdığı mənzərə isə tüklərürpədən bi boşluq və səssizlik idi. Bu vəziyyət evdəki gərginliyi olduqca artırırdı. Bu hadisədən sonra polislər işi dahada ciddiyə almağa başladılar.. Qapı zəngi təkrar yoxlandı ama hər şey tam normal idi. Birdən birə salonun qapıları şiddətlə çırpılmağa başlayır. Hamı qorxmuş və soyuq baxışlarla donub qalmışdı. Sən ani başladığı kimi ani olaraqda kəsildi. Xəfiyyənin ağlına bu hadisəni həll etmək üçün ağıllı bir üsül tapır. O, evin bütün hər yerinə kül tökür beləliklə kimsə gəldiyi halda izlərlə onu tapa biləcəklərdi. Qısa zaman sonra zəng yenidən çalınır və qapı döyülməyə başlayır. Bunun ardından polislər külləti yoxlamağa gedir. Qarşılaşdıqları isə qan donduracaq bir mənzərə idi. Küllər üzərində ən kiçik bir iz belə yox idi. Xəfiyyə bundan qorxuya düşərək “bu qədəri mənim üçün çoxdur” deyib evi tərk edəcəyini söyləyərkən elə bu anda ev qapısı 3 dəfə çırpılmağa başdadı. Xəfiyyənin gözləri bir insan silueti axdardığı anda bir daş pəncərəni qıraraq içəri düşür. Və yenədə ətrafda kimsə yoxdu. Polis və xəfiyyə bu işin öhtəsindən gələ bilməyəcəklərini deyib evi tərk edirlər. Növbəti gün isə bütün məhəllə sakinləri evin qarşısında hansısa bir anormallıq gözləyirdilər.

Hadisənin üstündən həftələr aylar keçir ətrafdakı insanlarda yaşanan qeyriadiliklərdə azalmağa başlayır. Hamı artıq hadisələri unutmağa başlayır. Ancağ bu hadisələrə heç bir məntiqli açığlama gətirilmir. Ev sakinləri isə ailə üzvlərinin ardıcıl intihar hadisələrindən sonra oradan köçsədə evləri naməlum şəkildə yandı və bütün ailə yanaraq tarixə qarışdı…

 Bu ev hələdə new york tarixindəko ən sirli məkanlardan biri olaraq boş saxlanılır.

61 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor

Bir cavab yazın