Okeanda 49 Gün – Ölüm Mübarizəsi

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Bu hadisə 56 il əvvəl  İturup adasında baş vermişdir.  17 yanvar 1960 cı il. Gü
clü əsən külək T-36 barjasının körpüyə bağlanan iplərini qıraraq açıq okeana sürükləyir. Bu zamanda barjada 4 Dənizçi Kicik Serjant yükləmə işi ilə məşğul idilər. Onlar mühərriki işə salıb sahilə yaxınlaşmağa cəhd göstərdilər ancaq güclü külək və hündür dalğalar buna imkan vermədi. Barja getdikcə uzağlaşmağa başladı  bir müddət sonra yanacaq bitir. Dalğalar mühərrik yağı ilə dolu olan çəni, içməli suyu və odun ehtiyyatını okeana dağıdır. Naviqasiya işıqları  və radio ötürücü yararsız hala düşür Tufan  isə heç səngimək bilmir əksinə dahada güclənir. Barja sakit okeanın dərinliklərini doğru üzür. Uzun müddət gedən axtarış əməliyyatları heç bir nəticə vermir və Dənizçilərin ailələrinə onların itgin düşdüyü barədə məlumat verilir. Onların qida ehtiyatları arasında 1 ədəd çörək 2 vedrə kartof 1 ədəd konservləşdirilmiş ət və az miqdarda yarma var idi bu qida ehtiyatları tez bir zamanda tükənir sonuncu kartofu isə 24 fevralda yeyirlər dördlüyün qida ehtiyyatı tükəndikdən sonra onlar diş məcunu,dəri kəmər, sabun və çəkmələrinin dərilərini yeyirlər. Yaşamaq üçün gedən bu ölüm qalım  mübarizənin sonunda gözlənilməyən anda onların xilası gəlir. Mart ayının 7si  Amerika Təyyarə daşıyıcısı olan gəmi Kirsiç onlari xilas edir. Onlar xilas edilən zaman çəkiləri 40 kiloqrama yaxın idi  fərqli ideyalı dünya görüşlərinə baxmayaraq  Amerika dənizçiləri onların qayğısına qalırlar  və qısa zamanda onları Amerikaya gətirib Sovet İttifaqıyla bağlantı qurub onların xilası barədə məlumat verirlər. Dənizcilər ordan təyyarə ilə Moskvaya yola salınır 4 lüyü Moskvada qəhrəman kimi qarşılayırlar və onlar üçün mahnılar bəsdələnir.49 gün adlı film məhs bu hadisə əsasında çəkilmişdir.

 

 

105 total views, 2 views today

Cavadov Asiman

Baş Redaktor

Bir cavab yazın