Tarla Üzərində Naməlum İşarələr

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Hamı elə düşünür ki, yadplanetlilər bir gün BBC(bibisi)-yə müsahibə verməlidirlər ki, biz varıq, biz gəlmişik. Gəlin baxaq görək onlar bizimlə əlaqə saxlayırlarmı?  Nəsə deməyə çalışırlarmı? Çalışırlarsa, niyə bunu aydın etmirlər? Kimdən gizlənirlər?

 

1970-ci illərdən başlıyaraq taxıl zəmilərində əmələ gələn dairələr ictimai marağa səbəb oldu. Bu dairələr bir gecənin içində taxıl zəmilərində əmələ gəlirdi. Dairələr 100 metr diametrə malik piktoqramlardan ibarət idi. Bəs bu dairələri kim düzəldirdi? Necə və niyə düzəldirdi? Bu şəkilləri yalnız təyyarədən görünürdü. Üstəlik taxıllar kəsilmirdi, sadəcə əzilirdi. 2001-ci ildə tapılmış dairənin diametri 450 metr idi və o, 409 kiçik dairədən ibarət idi.Bunu kim yarada bilər? İnsanlar sadəcə taxılları əzməklə bu cür dəqiqlikdə həndəsi fiqurlar yarada bilərmi? Belə nəhəng fiquru bir gecə içində, qaranlıqda, gizlin etmək mümkündürmü? Bu, insan əlinin məhsuluna bənzəyir yoxsa hansısa yüksək ali sivilizasiyadan söhbət gedir? Bu dairələrin böyük hissəsi İngiltərədə yaranır amma Amerika, Niderland, Çin, Yaponiya, Avstraliyadada tapılır. Nədir bu dairələr? Bir qrup saxtakarın əl işi? Gizli dövlət sirri? Yaxud həqiqətən yadplanetlilərdən mesaj?  Bunu heç kəs bilmir ama dairələrin bir mənası var və onlar mütləq bir mesaj danıyır. Bəlkədə bütün bunlar hamısı saxtakarlıq ola bilər. Hansısa təyyarə lazer ilə bir gecədə bu dəqiqlikdə bir şey yarada bilər. Amma bu kimin nəyinə lazımdır? Biz yenədə dəqiqləşdirmək üçün orta əsrlərə qayıdaq.  1678-ci ildə çap olunan bir dərgidə gecə ikən şeytanın, əkincilərin birinin tarlasında qəribə dairə çəkdiyi yazılır.Bir çox qədim xalqların nağıl və eposlarında belə hadisələrə rast gəlirik. “Кто-то в поле стал ходить и пшеницу шевелить… Вот и стал тот черт скакать, и зерно хвостом сбивать..”Burada rus nağılından kiçik bir parçada taxılı quyruğu ilə əyən şeytandan danışır. Belə nağıllara bir çox xalqlarda rast gəlinir. Buda o deməkdirki tarla üzərindəki fiqurlar tarixən mövcud olub..
1974-cü ildə alimlər kosmosa radio ötürücü vasitəsi ilə Arebico mesajı göndərdilər. Mesaj, 25min işıq ili uzaqlıqdakı M13 kürəşəkilli ulduz bölgəsinə doğru göndərilir. Mesaj,ikilik  ədəd sistemindən ibarətdir və təxmini olaraq 210 baytdır və mesajın hazırlanmasında məşhur alim Kal Saqanda iştirak etmişdir. Mesajda təxmini bu məlumatlar var idi.

  • 1dən 10a qədər ədədlər
  • DTN əmələ gətirən turşular
  • Bir insan fiquru
  • Günəş sisteminin qrafiki
  • Dünyanın kordinatları və s.

Bununla alimlər yadplanetlilərə bizim harada olduğumuzu, hansı elmi səviyyədə olduğumuzu, necə varlıq olduğumuzu bildiriblər. Onlae ümid ediblərki bu mesaj yadplanetlilərə çatacaq və cavab mesajı gələcək. Və bu mesaj cavabsız qalmadı. 2001 ci ilin avqustunda İngiltərədə mesaj göndərilən teleskopun yanındakı taxıl zəmisində cavab gəldi. Cavab, iki hissədən ibarət idi. Birinci hissədə piksellərlə çəkilmiş yadplanetli üzü görürük. İkincisi isə sanki 30 il əvvəlki mesajın cavabıdır. Burada yadplanetlilər haqqında aydın məlumat verilir. Aydın olurku onlarda 10-luq say sistemindən istifadə edir, DNA kodlarında slikon üstünlük təşkil edir, başları bədənə görə daha böyükdür. Onların günəş sistemində 4 yaşam olan planet var. Öz planetlərinin isə 3 peyki var. Bu kodları insan dəqiqliklə heç cürə çəkə bilmər. Maraqlısı budurku, belə dairələr populyarlıq qazandıqdan sonra, insanlar onları təkrarlamağa başladı özləri bu dairələrdən çəkdilər. Amma bu, digərlərinin saxta olmadığını sübut etdi. Çünki, saxta dairələrdə, taxıllar qırılıb və əzilmişdi amma orginal dairələrdə taxıllar sadəcə əyilmişdi. Hansısa bir istiliyin təsirindən əyilmişdilər. Bir müddət sonra 2002-də daha aydın mesaj gəlir. Təbiiki kodlaşdırılmış formada. Və alimlər bu kodu açmağı bacarır. Mesajda deyilirdi–“Çəkinin yalançı vəd, söz verənlərdən. Ağrı çoxdur, əzab çəkirsiniz. Bu bir müddət sonra bitəcək. İnanın burada yaxşıdır. Biz yalana qarşılıq veririk. Əlaqə kəsilir”

80 total views, 2 views today

Cavadov Asiman

Baş Redaktor

Bir cavab yazın