The Venus Project- Gələcəyin sistemi

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Venera layihəsi (The Venus Project) – Jak Freskonun gələcəklə bağlı planlarını reallaşdırmaq məqsədilə qurduğu təşkilat.
 
İnternet saytı vasitəsilə yayımladığı video və sənədli filmlərlə cəmiyyəti inkişaf etdirmək və daha irəli daşımaq məqsədi üçün çalışan, qaynaq-əsaslı iqtisadiyyata keçməyi, yenilənə bilər şəhərlərin texnoloji baxımdan yenidənqurulmasını, enerji effektivliyini artırmağı, təbii qaynaq idarəetməsini və inkişaf etmiş avtomatlaşdırılma əhəmiyyətini cəmiyyətə təmin edəcəyi faydaya yönləndirən layihədir.
 
Təşkilatın təməli Jak Fresko və Roksana Midouz tərəfindən 1995-ci ildə qoyulmuşdur. Layihənin adı olan Venera, Floridada, Okiçobi gölü yaxınlığında yerləşən, 85.000 m² sahəyə sahib olan bir araşdırma mərkəzinin adından qaynaqlanır.
Venera layihəsi yoxsulluğun, qıtlığın, cəmiyyətdəki hər növ problemin, cinayətlərin və müharibələrin səbəbinin, müasir cəmiyyətin xeyrinə olan texnoloji inkişafları şüurlu şəkildə yavaşladan mənfəət və rəqabət əsaslı iqtisadi sistem olduğunu hesab edir. Jak Fresko, qazanc məqsədi güdən iqtisadi sistem tərəfindən texnologiyanın inkişafında şüürlu şəkildə yaradılan yavaşlamanın “mənfəət”dən xilas edildiyində daha çox insan üçün daha çox qaynaq bolluğu və buna bağlı olaraq daha çox məhsul təmin edəcəyi, həmçinin qıtlıq, yoxsulluq və aclığı aradan qaldıracağı nəzəriyyəsini inkişaf etdirir. Bu yeni kəşf edilmiş iqtisadi model insanların eqoizm, rüşvət və acgözlüyə olan meylini aradan qaldıracaq və bir-birlərinə güvənmə meylini aşılayacaq.
 
Fresko hesab edir ki, pula əsaslanan iqtisadi sistem və onun nəticəsində ortaya çıxan əmək fəaliyyəti və rəqabət kimi proseslər insanları həqiqi imkanlarını ortaya qoymaqdan saxlayaraq cəmiyyəti geriyə aparır.

Redaktor:Adil Ağayev

 

67 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor