Windows 10-da Bilinməyən 8 Gerçək

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Kompüter istifadəçilərinin yarısından çoxu Windows əməliyyat sistemi işlədir. Digərləri isə Mac, Linux, Ubuntu və s. əməliyyat sistemləri işlədir. Bu videomuzda sizə Windows 10-un 8 gizli xüsusiyyətini göstərəcəyik.
1.Gizli başla menyusu – hər kəs başla menyusundan istifadə edir. Lakin, bir çoxumuz sol altda Windows ikonununa daxil olduqda bir çox qısa yolun qarşımıza çıxdığını bilmirik.
2. İş Masasını göstər funksiyası – bu funksiya da bir çox insan tərəfindən bilinmir. Kursoru sağ aşağı tərəfdə olan xəttdə toxundursaq bütün ikonlar yoxa çıxır və iş masası görünür.
3. CTRL+ALT+D düymələrini sıxaraq ekranın formasını dəyişmək – bu üsul ilə ekranı sağa və sola çevirə bilərsiniz. Həmçinin yuxarı və aşağı.
4. Ekranı aşağı sürüşdürərək kompüteri söndürün – bunun üçün iş masasında yeni bir qısa yol hazırlamaq. Hazırladığımız qısa yolun daxilinə isə bu kodu yazaraq enteri basırıq “%windir%\System32\SlideToShutDown.exe”
5. “Godmode” funksiyası – kompüterinizdə GodMode-ni açmaq üçün ilk əvvəl iş masasında yeni bir qovluq yaradın. Qovluğun adını “GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}” olaraq dəyişdirin. Artıq bu qovluğa daxil olduqda kompüterinizin əsas bilgilərinə çatmış olacaqsız.
6. Canlı qutulardakı sağ düymə menyusu – canlı qutuların üstünə mausenin sağ düyməsini basıb qısa yollar yarada bilərsiniz.
7. Bir pəncərəni hərəkətə gətirərək digər pəncərələri ikon halına salmaq – Bu funksiyanı yoxlamaq üçün 3-4 pəncərə açın. Hansısa bir pəncərənin üstündən tutun və sürətlə sağa-sola hərəkət elətdirin. Digər pəncərələrin balacalaşıb ikon halına keçdiyini görəcəksiniz.
8. Pəncərədəki kənarları sabitləmək – açıq olan pəncərələri tutub sağa-sola, yuxarı və aşağı sıxaraq kənarlarını sabitləyə bilərsiniz.

58 total views, 1 views today

Adil Ağayev

Adil Ağayev Bilinməyən Görüntülər layihəsinin idarəçilərindəndir.