Yadplanetlilər Həqiqətən Varmı

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

    Yadplanetlilər Həqiqətən Varmı?

Yəqinki bir çoxunuz yadplanetlilərə inanmırsınız. Məntiqli düşünsək sizin haqlı olduğunuzu görərik. Hollywood uçan boşqablarla new yorku havaya uçuda bilirsə, kiçik bir videoya uçan obyekt qoymaq o qədərdə çətin deyil. Hətta gözlə belə görsək, rusiyanın hansısa bir silahı, yaxud böyük bir şirkətin reklam üçün hazırladığı lazer şousu olduğunu düşünərik. Sual yarana bilərki bəs, ufolar tərəfindən qaçırılan, bədənində yara izləri olan insanlararı necə izah etmək olar? İnsanlar məşhur olmaq üçün bir çox yollara əl atırlır Psixi xəstələr, uzun müddət depresiyada olan insanlar özlərinə diqqət verilməsinə ehtiyac duyur buna görədə belə hekayələr uydururlar. Düzdür bütün sadaladığlarımız doğrudur. Ufo-lar haqqında olan görüntü və sənədlərin 95faizi  yalandır.. Amma bu gün biz sizə geridə qalan 5 faizdən danışacayıq. İndi sizə gostərəcəyimiz şəkillər, orta əsrlərə və qədim dövrə aiddir. Yəni siyasətin, amerikanin, hollywoodun olmadığı zamanlara.

 

  1. Bu əsər Fransada Bazilik kilsəsində yerləşən, Müqəddəs Məryəmə həsr olunmuş “Norte Damme”  əsəridir. Solda yuxarıda nə görürsünüz? Uçan boşqabdı elə deyilmi? Bəs 13-cü əsr əsərində uçan boşqan nə gəzir?
    2.  Bu şəkil isə “Madonna, müqəddəs Covaninnio ilə” əsəridir. Şəkildə Məryəm və yanında iki uşağ  təsvir olunub. Biri isa digəri isə İohan Məsihdir. Sağ tərəfdə isə ufoya bənzər bir şey var. Düşünə bilərsinizki bu sadəcə ləkədir. Amma aşağı diqqət etsəniz balığçının həmin uçan obyektə baxdığını görəcəysiniz. 15-ci əsr rəssamı nə çəkdiyini yaxşı bilirdi deyəsən..
    3.     Bu əsər isə 1710-cu ilə çəkilən “İsanın xaç suyuna çəkilməsi” dir. Burada açıq aydın uçan boşqab və ondan İsanın üzərinə düşən şüalar görünür. Eynən Ufo şahidlərinin dedikləri kimi-“Boşqabdan üzərimə şüa düşdü və mənə biliklər verdi”
    4.     Bu əsər 1486-cı ildə çəkilib. Göydə uçan obyektdən cıxan şüa düz sağ tərəfdəki qadının üzərinə düşür.
    5.     “Le Tebaide” əsəri, 776 ci ildə baş vermiş bir hadisəni əks etdirir. Fransada Siqezburq qalasına hücum edən Saks ordusu səmada kilsənin üstündə uçan boşqabların əmələ gəldiyini görür və qorxaraq qaçırlar.
    -6.    Bu şəkildə Ata, oğul və müqəddəs ruhu görürük. Sanki səmadan aşağıdakıları izləyirlər, amma əllərinə diqqətlə baxaq. Onların əlində kürə formalı bir metal obyekt var. İki tərəfdən ona antenna tipli çubuqlar birləşib. Alt hissəsində isə sanki ötürücü bir klapan var. Nədir bu peyk? Yoxsa insanları idarə etməkçün bir vasitə? 
    Amma siz “kor-koranəinanmaq mənlik deyil” deyirsinizsə belə bu əsərləri heç bir məntiqlə açıqlamaq mümkün deyil. Yaxşı, bəlkədə o vaxtkı Avropalı rəssamlar tanrını belə təsəvvür edirdilər və təsadüfən bu, bizim yadplanetli anlayışımızla üst-üstə düşüb. Amma belə şəkillər dünyanın hər yerində var. Hindistan eposlarında uzun uzadı danışılan “vimanalar“. Tanrı onun içərisində uçur ulduzları səyahət edirdi. 
    Əgər UFO hekayələri saxtakarlıqdırsa orta əsrlərdə, dünyanın hər yerindən olan rəssamlar necə eyni şeyi çəkə bilərdilər?  Yaxşı bütün bunları orta əsr rəssamlarının təxəyyül məhsulu hesab edək. Orta əsrlərdə daha çox sürrealizm üslubu yayılmışdı. Bəs qədim dövrdə? Şəkillər realizm üslubunda çəkilirdi. Nə görürdülərsə onuda çəkirdilər. Heç bir yaradıcılıq yox idi. 
    Yaxşı indi gəlin milyon il ərzində insanların daş üzərinə çəkdiyi şəkillərə baxaq. 29Min il əvvəl tanzaniya. 10min il əvvəl hindistan, talissi.20min il əvvəl avstraliya-kimberli. 10min il əvvəl italiya, Çattiskarx. 7 min il əvvəl Meksika. 
    Bəs bütün bunlar nəyə işarədir? Sizcə hələdə yadplanetlilər yalandı və dünya ilə əlaqələri yoxdumu?  
    74-cü il…. Roma imperiyası, 6-cı Mitridatla döyüşdüyü zaman Plutarx yazırdı:
    ” Sakit hava idi amma birdən birə göy yarıldı  iki ordunun arasına göydən bir obyekt düşdü. Forması şərab dolçasına bənzəyirdi. Rəngi isə ərimiş gümüş rəngində idi. “
  2. İndi isə sənə öyrədilən hər şeyi unut. Qədim dünya tarixi, ölkələr və muharibələr haqda yazılan bütün sənədlər sadəcə göz üstünə pərdə salmaq üçündür. Sizə uzun-uzadı tarixin necə saxtalaşdırılmasınnan danışmayacağıq. Əsas məsələ dövlətlərin deyil, xalqların tarixidir. Yaxşı bəs xalqların tarixini haradan öyrənə bilərik? Təbiiki onların növbəti nəsillərə göndərdikləri yazılardan və bizə çatan miflərdən. Görəsən saxtakarlıq başlamamışdan, siyasət və fundamental dinlər yaranmamışdan əvvəl insanlar nəyə inanırdılar?

Qədim hindu tayfaları, Bel Kororoti adlı bir tanrının göydən endiyinə inanırdılar. O, başdan ayağa Bo adlı bir geyimlə örtülmüşdü. Əlində isə ildırım yaradan silah var idi. O, insanların içinə girir, onlara elm, yaraları sağaldmaq öyrədir. Sonra yenidən göylərə uçurdu.

Amazonka sahillərində qədim cənubi Amerika tayfalarından biri insanlığın tarixini belə izah edir. Onların inancına görə insanlar uzaq ulduzlardan birində yaşayırlar. Bir gün insanlar qərara gəldilər ki,növbəti evləri başqa yerdə olsun. Onlarda biri, səmada qara bir dəlikdən keçib, gözəl bir yer tapdığını bildirir. Beləcə həmin adamların əksəriyyəti buraya köçür. Amma onlar nəhəng bir sapla, öz əvvəlki evləri ilə əlaqə qururdular. Günlərin bir günü bu sap kəsilir. Yapon, Çin və Monqol əfsanələri bizə “Səma Oğulları” haqda danışır. Onlar “Saya” səmasından enib yerdə yaşamağa başlayıblar. Misir xalqı, “Böyük Ayı” bürcünün ulduzlarınnan gələn parıldayan varlıqlara inanırdılar. Şummerdə Annukaki adlı tanrılara inam vardı. Onlar uzaq Niburu planetindən gəlir və insanlara bütün elmləri  öyrədirdilər. Onlar insanları ağıllı varlıqlara çevirirdilər. Belə tanrılar saymaqla bitməz və hamısı dünyanın müxtəlif yerlərində olmalarına baxmayaraq demək olarkı eynidir. Hətta uzaq Tibetdə “Bon” dini belə deyir-” Səmada bəyaz, parlayan yumurta əmələ gəldi və oradan bir insan yerə endi. O, sehirli qüvvələrə malik idi. Bəzi adamlar yumurtanın içərisində yaşayırdılar. Çünki yumurtanın ətrafı güclü sehr ilə qorunurdu. 
Qədim Şumer dilində Allahlar belə yazılırdı……. muasir raketlərə bənzəyir elə deyilmi? Bu yazı yəqinki onların Allah dediyi varlıqların səmadan gəldikləri obyektlərə əsasən formalaşıb. Bu isə Mesopotamiyadan tapılmış disk lövhədir. Bu lövhədə nə yazıldığını alimlər uzun müddət anlamağa çalışıblar. Bu disk tapılan ən qəribə artefaktlardan biridir. O, 45dərəcəlik xəttlərlə 8hissəyə ayrılıb. Diqqətlə baxandan sonra bu, səmanın xəritəsi olduğu aydınlaşdı. Xəritədə, Enki adlı tanrının necə göydən yerə endiyi təsvir olunub. Hətta Afrikanın eqzotik tayfalarından birində belə səmadan gələn adamlara inam var. Bu tayfa günümüzdə belə hələ qəbilə icmasındadır. Amma  miflərində deyilirki onların əcdadı, uzaq sirius ulduzundan gəlib. Qəribəsi odurku, bu tayfa Avropalılardan öncə bilirdilərki Sirius iki ulduzdan ibarətdir. Bütün qədim rəsmlərdə, qayaüstü şəkillərdə göydən yerə gələn tanrılardan danışılır. Keçmiş insanlar onlar birlikdə yaşayır və öyrənirdilər. Misir heroqlifləri, babil yazılarında hər yerdə səmadan gələn tanrılar burada qadınlarla evlənir, uşaqları olur, insanları öyrədir, koloniya salır, idarə edir və ədalət yaradırdılar. Yaxşı bəs bu miflərdən tanrılar haqda nə bilirik? Onların üz qruluşları, bədənləri necədi? Yadplanetliləri xatırladırmı? Qədim tanrılar həmişə insanlardan daha böyük təsvir edilirdi. Onların başlarıda, bədənlərinə nisbətən daha böyük və uzunsov idi. 
Bu, qədim Şumer ilahəsidir. Onun üz cizgilərindən aydın olur ki, o, insan deyil. Başının uzun forması onun daha çox yadplanetlilərə oxşadır. Qədim Misirdəki bu insanların kəllə sümüyünə baxın. Sizcə bunlar rəssam səhvidir, yoxsa bu həqiqi baş ölçüləridir? Yaxşı əgər bunlar yerdə yaşayıblarsa, deməli onların sümükləridə tapılmalıdı hardansa. Və həqiqətəndə axtarışlar nəticəsini verdi. Dünyanın dörd bir yerindən uzun illər ərzində arxeoloqlar yüzlərlə belə kəllə sümükləri tapır və bu sümüklər labaratoriyalarda öyrənilməyə başlanır. Bu kəllə sümüklərindən iri baş və iri gözlərin olması ilə seçilir. Sanki Misir tanrıları mif deyil, həqiqi adamlar imiş. Amma axtarışlar böyüdükcə məlum olurku tapılan kəllə sümüklərinin az bir hissəsi insana məxsus deyil. Bunlar isə heç cürə insan kəlləsi ola bilməz. Yaxşı bəs geridə qalanlar? Onların niyə kəllə sümükləri uzunsov idi? Sən demə qədimdə uşağların başlarına sarğı bağlayırdılar ki, başları uzunsov  olacağ. Onlar inanırdı ki, beləliklə onlar səmadan gələn adamlara oxşayacaq və onlar kimi ağıllı olacaqlar. Bu ənənə indiyə kimi dəvam etməkdədir. Onların əcdadları normal həyatlarına davam etdikləri anda birdən, göy üzündən uçan bir obyekt gəlir və içindən insana bənzər varlıqlar çıxaraq onlara elm, mədəniyyət öyrədir. Buna görədə onlar geddikdən sonra onların yenidən gəlməsi üçün şəkillərini çəkir, özlərini onlara bənzədirdilər. Bütün dini inanclarda bəlkədə bu ehtiramdan yaranıb. Bir dəqiqə, mələklərdə göydən enmişdi elə deyilmi? Bütün xiristiyan müqəddəsləridə sanki skafandr taxıblar elə deyilmi? Bu fikirləri əsaslandırmaq üçün bir neçə sübut belə var. Heç Kult Karqo haqqında eşidmişdiz? Kult Karqo ilk dəfə ikinci dünya müharibəsi zamanı müşahidə olunub. Yaponiya ilə müharibə zamanı, Amerika tayyaralaru silah-sursatı Sakit okean adalarında boşaldır və oradan ikinci dəfə yanacaq doldurub yollarına dəvam edirdilər. Həmin adalar sanki orda dayanacaq nöqtəsi kimi hərbi bazaya çevrilirdi. O adalarda isə inkişaf etməmiş vəhşi qəbilələr yaşayırmış. Onlar sivilizasiyadan uzaq sadəcə öz adalarında mövcud idilər və birdən göydən bu təyyarələr gəlir və onların adasına enirdi. Qəribə paltarlı Amerika əsgərləri bu qəbilə adamlarına konserv bankalarında yeməklər verir, bəzi öz əşyalarnı, geyimlərini bağışlayır və az-maz elmlər öyrədirdilər. Lakin ikinci dünya müharibəsi bitəndən sonra, bütün ordular ölkələrinə qayıdır və həmin adalardakı vəhşi qəbilələr hamının yadından çıxır.Adalardakı bütün hərbi sursat geri aparılır. Uzun illər sonra yenidən həmin adanın yanından keçən pilotlat gözlərinə inanmırlar. Adalar taxtadan və qamışdan düxəldilmiş təyyarə və hərbi qüllələr ilə dolu idi. Alimlər dünyanın dörd bir yanından Sakit Okeandakı bu adalara gəlib bu hadisəni müşahidə edirlər. Məlum olur ki, vəhşi qəbilələr bir gün baxırlarkı nə əsgərlər var, nə təyyarələr nədəki göydən karqo ilə konservlər gəlmir. Və qərara alırlar ki, bu Səmadan gələn tanrılar onlardan küsüb və geri çağırmaq üçün onlarla əlaqə saxlamaq lazımdı. Və beləcə taxtadan avtomatlar, təyyarələr, yollar, dispeçer qulaqlıqları, qamışdan antennalar, qüllələr düzəldir və müqəddəslərlə əlaqə qurmağa çalışırlar.

 

113 total views, 3 views today

Cavadov Asiman

Baş Redaktor

Bir cavab yazın