Yer Üzündə Olan Bütün Canlılara Zərər Verə Biləcək Qarışqa Növü Tapıldı!

Like
Like Love Haha Wow Sad Angry
Dostlarınızla Paylaşın

Elm adamlarının Efiopiyada kəşf etdiyi qarışqa növü, minlərcə kilometrlik əraziyə yayılıb, yer üzündəki bütün canlılara zərər verə biləcək gücə sahibdir. Efiopiyada köhnə kilsə meşələri adlanan ərazilərdə, canlılar üzərində araşdırma aparan bir qrup elm adamı, bu xüsusiyyətlərə sahib olan bir qarışqa növünü kəşf ediblər. Bu barədə Şimali Karolina Təbiət Elmləri Muzeyinin rəsmi saytında da məlumat yerləşdiriblər. Araşdırma aparan Magdalena Sorger deyir ki, ” Kəşf etmək əhəmiyyətlidir, çünki qarışqalarda super koloniya formu çox nadir görülür, indiyə qədər dünya daxilində super koloniya formu meydana gətirən cəmi 20 növ kəşf edilibdir. Bu qarışqalar Lepisiota cinsindeki eron növlərindən ibarətdir. Avstraliyadakı Darvin Limanının bir neçə günlük bağlanması insanlarda panika yaratmışdı. Halbuki oranı bağlamaqda məqsədimiz sadəcə bu növ qarışqaları araşdırmaq idi “. Sorger deyir ki, bu qarışqalar o qədər dözümlü və yorulmayan bədənə sahibdirlər ki, heç dayanmadan, günlərcə yol gedə bilərlər. Bu getdiklər yol kilometrlər ola bilər. Bizim araşdırdığımza əsasən belə nəticəyə gəldik ki, bu qarışqalar kəşf olunduqdan 1 həftə sonra öz yuvalarından 38 kilometr uzaqlığa qədər yayılmağı bacarıblar.

 

263 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor