Youtube’da Pul Qazanmaq Haqqında 7 Maddə

Like
Like Love Haha Wow Sad Angry
6751
Dostlarınızla Paylaşın

Youtube-dən necə pul qazana bilərəm ?

Bir çox insan bu sualı verir, Youtube’də yüklədiyim videoları necə gəlirə çevirim ? Bu məqalədə biz sizə ən xırda detalına qədər izah edəcəyik. Lakin, önəmli bir nöqtəyə toxunmaq istəyirik, Youtube bir inək deyil və ondan süd sağarmış kimi pul qazanmaq üçün də birazca əziyyət lazımdır 🙂

 

1 .Qeydiyyat və təsdiqləmə

Google saytında qeydiyyatdan keçin. Qeydiyyat olduğunuz zaman, bir istifadəçi adı ilə Google’nin bütün xidmətlərindən istifadə edə biləcəksiniz ( gmail, youtube, google drive və s.) Qeydiyyatı tamamladıqdan sonra Youtubedə kanal yaradırsız və onu aktiv edirsiz. Aktiv etmək üçün telefon nömrənizi yazaraq, səsli zəng və yaxud sms ilə təsdiqləmə kodu alacaqsınız. Təsdiqləmə bitdikdən sonra, kanal adınını altında ” Youtube Tərəfdaşı ” deyə bir söz yazılacaq. Bu da onu göstərir ki, artıq siz kanalı tam formalı istifadə etməyə hazırsınız.

2 .

Hər bir Youtube kanalında pul qazanmaq mümkündür. Bunun üçün ilk öncə Monetizasiyanı aktiv etmək lazımdır. Yəni, Google-nin sizin videolarda çıxartmaq istədiyi reklamlara icazə üsulu. Bununla artıq siz öz videolarınızı dövriyəyə buraxaraq onlardan gəlir götürə bilərsiniz.

 

3 . Açar sözlər

Açar sözlər nəinki Youtube’də, ümumiyyətlə internet dünyasında ən vacib məqamlardan biridir. Youtube’da kanalınıza bir video yükləyirsinizsə, onun açar sözlərini də mütləq əlavə etməlisiniz. Məsələn, videonuz ” 2-ci dünya müharibəsi” haqqındadırsa, mövzuya uyğun bütün açar sözləri əlavə etmək lazımdır. Niyə ? Çünki, Youtube’da və yaxud digər axtarış sistemlərində axtarış edərkən, sizin videonun adını yox, açar sözlərini yazırlar. Məsələn, ” 2ci dunya muharibesi, hitler, 1941-1945, və s.” Əgər siz uzaqgörənlik edib, doğru açar sözləri yazsanız, mütləq axtarış edənlərin 80%-i sizin videoya gəlib çıxacaqdır.

 

4 . Google Adsense

Dostlar, nəzərinizə çatdırım ki, Youtube’da pul qazandıqdan sonra onu çıxartmaq üçün müxtəlif yollar vardır. Qazandığınız pulun 100%-i əlbətdə ki, sizin olmur. Bu qazancdan özlərinə pay götürən şirkətlər mütləq vardır. Bunlardan biri də, Google Adsense’dir. Bu sistem, sizin bir növ bank rolunuzu oynayır. Qazandığınız pullar Adsense hesabında toplanır. Sonda isə, minimum limit ilə pulunuzu çəkib, öz bank hesabınıza köçürdə bilirsiniz.

 

5 . Youtube Partnerləri ( MCN – Multi Channel Networks )

Bu şirkətlər Youtube’da rəsmi olaraq MCN qeydiyyatından keçiblər və kanallar ilə əməkdaşlıq edirlər. Ayın sonunda isə, gəlirin 30%-ni öz hesablarına götürürlər. Səbəb nədir ? MCN şirkətləri sizin kanalları öz öhtəliyinə alır, qoruyur. Əgər sizin Youtubedə bir probleminiz çıxsa, dərhal sizinlə maraqlanır və yardım göstərir. Belə deyək, siz özünüz Youtube’a müraciət etsəniz, böyük ehtimal ilə cavab almayacaqsınız. Yada, avtomatik mesajlar ilə cavablandırılacaqsınız. Lakin, MCN şirkətlər sizin problemi birbaşa Youtube-a bildirir və probleminiz həll olur. Məsələn, sizin kanalı spam formada yüzlərlər,minlərlə şikayət ediblər, haqsızcasına. Kanalınız da bloka düşüb. Bunu siz çox çətinliklə həll edə bilərsiniz. Lakin, bu haqda MCN şirkətinə müraciət edərək, qısa zamanda həll etmiş olacaqsınız. MCN şirkətləri əlavə olaraq kanalları inkişaf etdirir, onlara müəllifi pozulmamış musiqilər təklif edir və bunun qarşılığında da 30% gəliri özünə götürür. Azərbaycanda ən çox istifadə olunan MCN şirkətləri: Gizza, Wediacop, Buzzmyvideo, Yoola və s.

 

6. Youtube’da daha çox gəlir əldə etmək

Nümunə olaraq öz kanalımızı göstərək: 17 aydır fəaliyyətdədir və gəliri isə çox azdır. Səbəb isə, bu kanalın videoları və izləyiciləri Azərbaycan dilində olmasıdır. Niyə məhs Azərbaycan ? Çünki, bu videoları ancaq Azərbaycan dilini başa düşənlər izləyir və böyük ehtimal ilə, 97% izləmə ərazisi Azərbaycandır. Google’nin alqoritmində isə belə bir məntiq var: Bu videonu Azərbaycandan izləyirlərsə, bu izləyicilərin qarşısına Azərbaycandan verilmiş Google reklamları çıxardaq. Azərbaycandan da Google reklam verən kimlərdir? Samsung Azərbaycan, Lalafo.az, Azercell və s. şirkətlər. Üst-üstə toplasaq, 30-40 şirkət edər. Bunlar da, gündəlik clickə olan limiti az qoyurlar. Yəni, hər izləmə başına 0.01 cent, hər klikləmə başına 0.03 cent. İndi hesablayın, 1 dollar olması üçün bizə necə izləmə, neçə reklam lazımdır. Hətta, elə zaman olub ki, bizim videolarda reklamlar belə çıxmayıb. Səbəb isə, çox bəsitdir. Azərbaycandan reklam verən yox idi həmin günü 🙂 Amma üzülməyin, bunun çıxış yolunu tapmışıq. Bunun üçün videolarınızı xarici dildə, xarici kontentdə hazırlayacaqsınız. Şərt deyil ki, bunun üçün hökmən ingilis dilini bilməlisiz. Məsələn, internetdə hər hansısa bir məlumat olan sayta daxil olun, oradakı məlumatları və şəkilləri montaj ilə hazırlayın, yükləyin Youtube’a. Adını ingiliscə qoyun, videonu dilini ABŞ dili seçin, videonun yükləndiyi ərazisi Las Vegas (məsələn) olaraq qeyd edin, açar sözləri ingiliscə, kanalın adı ingiliscə, kanalın haqqında olan bölgə ingiliscə, cover+ profil şəkli ingiliscə = bir sözlə, hər şey ingilis dilində. Daha sonra özünüz fərqi görəcəksiniz. Videolarınızı xarici vətəndaşlar izləyəcək və onlar izlədiyi üçün, qarşılarına ABŞın reklamları çıxacaq. Beləcə, ABŞ-da ən azı, hər klik başına 23 cent qazana bilirsiniz.

7. Qazandığım pulu necə əldə etmək olur ?

Əgər siz Google Adsense ilə çalışırsınızsa, pulunuz bank kartınıza köçürülür. Yox, əgər siz MCN şirkətləri ilə işləyirsinizs, pulu almaq üçün müxtəlif yollar var. Məsələn – Skrill, Paypal, WebMoney, Yandex Kashlok, Bank Kartı və s. Lakin, bunlardan ən yaxşısı Webmoney’dir. Çünki, qazandığınız minimum 1 dollar olsa belə, onu öz hesabınıza köçürdə bilirsiniz. Daha sonra, gəlirinizi Portmanat, E-Pul vasitəsi ilə də əldə edə bilərsiniz. Əgər, gəliriniz 10 dolları keçibsə, onu bank kartınıza da transfer edə bilərsiniz.

Yazar: Nicat İbrahimli

Oxuduğunuz üçün təşəkkür edirik, əgər bəyəndinizsə, yuxarıda LİKE düyməsinə tıklaya bilərsiniz. Xoş günlər 🙂

 

 

 

1,917 total views, 1 views today

Cavadov Asiman

Baş Redaktor